Ankarada “Xocalı Abidəsi və Xocalı Muzeyi“ kompleksinin açılış mərasimi olub
Tarix: 28.03.2014 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, səfirliyin və Kızılcahamam rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib.
Geniştərkibli tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri Yaqub Mahmudov, Cavanşir Feyziyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, Kızılcahamam rayon sakinləri, diaspor nümayəndələri, xeyli sayda ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də çox sayda KİV nümayəndələri iştirak ediblər.
Mərasim iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlayıb. Daha sonra Əli Həsənov, F.Bağırov, Y.Mahmudov, C.Ünal və M.Çit çıxış edərək iki qardaş ölkənin xalqlarına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə bəhs ediblər.
F.Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı gerçəkliklərin dünyaya çatdırılmasında gənclərə düşən mühüm vəzifələrdən bəhs edib.
Əli Həsənov isə çıxışında Kızılcahamam rayon rəhbərliyi və Türkiyə hökumətinə təşəkkürünü bildirib, Xocalı soyqırımının bütün Türk dünyasının müştərək acısı olduğunu nəzərə çatdırıb, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb və bu kimi fəaliyyətlərin Xocalı soyqırımı faktı kimi halların bir daha təkrarlanmaması üçün mühüm olduğunu qeyd edib.
O, həmçinin Türkiyədə Xocalı soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırımı kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağına ümid etdiyini vurğulayıb.
Açılış mərasimində çox saylı insanların iştirakı xüsusi diqqət çəkib. Tədbir iştirakçılarına "İrs-Miras" jurnalı ilə yanaşı, erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan çox sayda materiallar təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info