Azərbaycanlı tələbədən sosial şəbəkədə uğurlu təbliğat
Tarix: 28.03.2014 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Təsadüfi deyil ki, bu gün “Facebook” “Twitter” kimi sosial şəbəkələr təbliğat və digər mühüm məsələlərdə önəmli rol oynamağa başlayıb. Artıq bu saytlar medianın oynadığı rolu oynayırlar. Bu baxımdan Azərbaycanla bağlı reallıqların təbliğində sosial şəbəkələrin önəmi də artıb. Təbliğat işlərinin xaricdə aparılması isə xüsusi əhəmiyyətə malikdir. Belə təbliğat işlərindən birini xaricdə oxuyan aktiv tələbələrimizdən olan Elmar İskəndərov aparır. O dünyada məşhur olan və daha çox müsəlmanların aktiv olduğu “Facebook”un “Makkah, Saudi Arabia” səhifəsinin admini ilə Xocalı soyqırımı haqqında danışıb və bu barədə paylaşımların aparılmasına nail olub.
Maraq üçün bildirək ki, sözügedən məşhur səhifənin 1 milyon 500 mindən çox istifadəçisi var. Elmar İskəndərovun “Palitra”ya verdiyi məlumata görə, o bu tip tədbirləri gələcəkdə davam etdirəcək: “Gün ərzində hər millətdən minlərlə adamın bu şəkilləri və məlumatları görməsi nəticəsində onlar Qarabağ və Xocalı haqqında ətraflı biləcəklər. Sabah müharibə olanda ermənilər daha yalandan dünyaya car çəkməyəcəklər ki, onlara qarşı təcavüz olur. Qoy dünya həqiqəti görsün və haqqın tərəfində olsun. Yeni təbliğata başlayıram, bundan sonra milyonlarla istifadəçisi olan xarici səhifələrlə danışıqlar aparıb Xocalı soyqırımını tanıtmaq və erməniləri hamının gözündə bir heçə endirməkdir. Bütün gənclərə də müraciət edirəm ki, onlar da bu məsələyə biganə qalmasınlar. Xocalı təkcə 26 fevralda anılmamalıdır. Bu səhifəyə gəldikdə isə rəylərdən də göründü ki, əksər müsəlman ölkələrindən olan insanlar bu reallıqdan xəbərdar oldular və bu dəhşətlərə bais olanlara nifrətlərini gizlətmədilər. Bildiyiniz kimi soyqırımı və genosid məsələsi həssas məsələdir və adətən bu tip səhifələr, geniş kütləyə paylaşımlar edən insanlar bununla bağlı reallıqları dəqiq bilmədən təbliğat işinə qoşulmurlar. Buna nail olduğum üçün təbii ki, sevinirəm”
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info