“Azərbaycan ekstremizm, radikalizm və separatizmi bütün formalarda pisləyir”
Tarix: 28.03.2014 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


“Azərbaycan ekstremizm, radikalizm və separatizmi bütün formalarda pisləyir”. BMT-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev təşkilatın Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi zamanı çıxış edərkən bildirib.
T.Musayev deyib ki, Azərbaycan bu qətnamənin qəbul edilməsinin lehinə səs verib. O, Azərbaycanın ərazi bütövlüyü, suverenliyin fundamental prinsiplərinə və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına sadiq qaldığını və bunun beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bildirib.
Qeyd edək ki, BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.
Qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.
BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. 11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info