Son 10 ildə cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfə azalıb
Tarix: 28.03.2014 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


“Azərbaycanda 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm halları 2010-cu ildə 58 dəfə azalıb. Son 10 ildə isə 10 dəfə azalıb”. Bu barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən hazırlanmış "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə, Azərbaycan təcrübəsi" adlı filmin Azərbaycan dilindəki versiyasının təqdimatında deyib.
O bildirib ki, bu film Azərbaycan təcrübəsini həbsxanalarda səhiyyə ilə məşğul olan digər mütəxəssislər və ictimaiyyətlə bölüşmək imkanı verəcək. Belə bir filmin hazırlanmasına görə BQXK-ya minnətdarlığını bildirən İdarə rəisinin sözlərinə görə, 1995-ci ildən sonra Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizə sahəsində böyük uğurlar əldə olunub: "Bu sahədə ən yeni müalicə metodları tətbiq olunur və bu iş Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir".
R.Mehdiyev qeyd edib ki, bu gün Azərbaycandakı bütün cəzaçəkmə müəssisələrində müayinələr aparılır, bəlğəm nümunələri toplanır və laboratoriyada yoxlanılır. Penitensiar müəssisələrdə 1995-ci ildən bəri 13 mindən artıq şəxs vərəmdən müalicə alıb. Uğurlu müalicənin səviyyəsi 86 faizə çatıb. Hazırda penitensiar müəssisələrdə vərəmlə xəstələnmə göstəricisi sürətlə aşağı enir: "Bu, 2013-cü ildə ən aşağı səviyyədə olub, aşkar olunmuş destruktiv formalı vərəmli şəxslərin sayı azalıb. Bu gün bizim penitensiar müəssisələrdə vərəm çöplərinin aşkar edilməsi üçün ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyamız var".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info