“Azərbaycan vərəmin müalicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə nail olub”
Tarix: 28.03.2014 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


“Azərbaycan vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub”. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə, Azərbaycan təcrübəsi" adlı filmin Azərbaycan dilindəki versiyasının təqdimatında deyib.
Onun sözlərinə görə, dünyada immun çatışmazlığı virusundan sonra insan ölümünə səbəb olan ikinci ən geniş yayılmış infeksiya törədicisi vərəmdir. Multirezistentli (MDR) vərəm bütün dünyada, xüsusilə də keçmiş SSRİ məkanının əksər hissələrində yüksək sürətlə artır. Bu ölümcül xəstəlik cəzaçəkmə yerlərində xüsusilə təhlükəlidir: "Lakin Azərbaycanda Ədliyyə Nazirliyi vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub. Nazirlik və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək üçün birgə və ciddi səy göstərib".
D.Duran həmçinin qeyd edib ki, Azərbaycanın vərəmlə mübarizəsi artıq nümunəvi model olaraq tətbiq edilməkdədir. Bu gün təqdim olunan və 2013-cü ildə hazırlanmış film isə ölkədə məhbuslar üçün fəaliyyətə başlayan mərkəzi müalicə müəssisəsində göstərilən fərdi diqqətin, mütəxəssis qayğısının və möhkəm siyasi istək və iradənın nəticəsində həbsxanalarda MDR vərəmlə mübarizədə Azərbaycanın model rolunu oynadığını göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info