Alternativ enerji sahəsində Almaniya ilə işbirliyi
Tarix: 28.03.2014 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində ölkəmizdə səfərdə olan Almaniya-Azərbaycan Forumu nümayəndə heyəti ilə görüş olub. Dövlət Agentliyinin verdiyi məlumata görə, agentliyin aparat rəhbərinin müavini Cəmil Məlikov bildiririb ki, Prezident İlham Əliyevin 21 oktyabr 2004-cü ildə özünün şəxsi təşəbbüsü ilə işlənib ha¬zır¬lan¬mış «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mən¬bələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq edil¬məsi haqqında Sərəncamından sonra ölkəmizdə yeni bir iqtisa¬diy¬yat sahəsi yaranıb. O qeyd edib ki, proqramdan irəli gələn vəzifələrin icrasını təmin etmək məq¬sədi ilə dövlət səviyyəsində ardıcıl və səmərəli tədbirlər həyata keçirilib. Cəmil Məlikov bildirib ki, ölkəmizin rəhbərinin imzaladığı sənədlərlə sahənin inkişafını şərtləndirən, xarici sərmayələr üçün də hərtərəfli imkanlar açan qanunvericilik bazası yaradılıb. Dövlət başçısının bu sahəyə şəxsi dəstəyinin, diqqət və qayğısının təzahürü olaraq 1 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini yaradılıb, Əsasnamə və Strukturu təsdiqlənib. Tükənməz enerji mənbəyi olan Günəş, Su, Torpaq, Külək enerjisindən səmərəli istifadə edilməsi sahəsində görülmüş işlər, eləcə də Avropa Birliyi və Almaniyanın texniki, maliyyə köməyi ilə həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri, tanınmış hüquqşünas Hans-Eberhard Şleyer karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndilib, bu sahədə ölkəsinin təcrübəsindən danışıb.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info