Bakıda “İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda tədbir
Tarix: 28.03.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Martın 28-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib.
Tədbir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı olan bu proqramdan əhalinin xəbərdar olması, ictimaiyyətin nümayəndələrinin müvafiq müzakirələrə cəlb edilməsi, Konsepsiyanın mahiyyətinin geniş ictimai dairələrə çatdırılması onun daha səmərəli qəbulunu təmin edən amillərdəndir.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Bakı, Quba və Qəbələdə bir çox tədbirlər keçiriləcək. Universitetlərdə, ictimai yerlərdə xüsusilə gənclərin iştirakı ilə müşavirələrin təşkili nəzərdə tutulur. Ümumilikdə səkkiz tədbirin keçirilməsi planlaşdırılır.
QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov bildirib ki, bu Konsepsiya Azərbaycanın uzunmüddətli və davamlı inkişafını özündə ehtiva edən mühüm sənəddir. Konsepsiyada çox mühüm bir proqram öz əksini tapıb.
Azərbaycanda son illər QHT sektorunun inkişafı üçün mühüm addımlar atıldığını deyən F. Qurbanov Konsepsiyadan irəli gələn məsələlərlə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının görəcəyi işlərdən də danışıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info