“The Diplomat”: “Hindistanın Krım məsələsində Rusiyanı dəstəkləməsi Vaşinqton üçün ciddi xəbərdarlıqdır”
Tarix: 28.03.2014 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Hindistan qarşıdakı 10 il ərzində də əsas siyasi oyunçulardan biri olacaq. İqtisadi proqnozlara görə Hindistan əsrin ortalarında ÜDM-ə görə ABŞ-ı üstələyəcək”

“Hindistan ordusunun silah və döyüş kompleksinin 70 faizini Rusiya təmin edir. İki ölkə qanadlı raket, hücum qırıcıları və nəqliyyat təyyarələrinin istehsalı sahəsində əməkdaşlıq edir.Ölkələr kosmik proqramlar və nüvə sahəsində sıx əməkdaşlıq edir və bu sektora 10 milyardlarla dollar vəsait yatırıblar”

“Krımın Rusiyaya birləşdirilməsindən sonra beynəlxalq ictimaiyyətin demək olar ki, bütün üzvləri Moskvanın hərəkətlərindən narahatlıq ifadə etdi. ABŞ və Avropa Birliyi Rusiyaya ünvanlanan tənqiddə daha inamlı təsir bağışlayırlar. Çin və İran kimi dövlətlər isə üstüörtülü şəkildə olsa da bəyan etdilər ki, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, daxili işlərə müdaxilə etməmək kimi prinsipləri dəstəkləyirlər. Rusiyaya tam dəstək verən dövlətlərin siyahısı demək olar ki, əvvəldən bəlli idi - Kuba, Venesuela və Suriya. Amma bu dövlətlər arasında görməyə adət etmədiyimiz daha bir subyekt var ki, onu ayrıca analiz etmək lazımdır. Bu, Hindistandır”. Bu fikirlər Yaponiyanın “The Diplomat” nəşrində çap edilən məqalədə yer alıb. Endryu Stravers və Piters Harris tərəfindən qələmə alınan məqalədə qeyd edilir ki, Nyu-Dehlinin “Rusiyanın Krıma olan qanuni maraqlarına hörmətlə” yanaşması Hindistanla sıx əlaqələr qurmaq istəyən ABŞ-ın siyasətinə ciddi zərbədir: “Dinamik inkişaf edən iqtisadiyyatı və güclü hərbi qüvvəsi olan Hindistan Amerika üçün Çinə qarşı güc kimi nəzərdən keçirilir. Rusiyanın Krım siyasətinə Hindistan dəstəyi amerikalı siyasətçiləri ciddi şəkildə narahat etməyə başlayıb. Hindistanın mövqeyi bəlkə də uzunmüddətli perspektivdə bu hadisələrin yadda qalan əsas hadisəsi olacaq. Hindistanın çoxqütblü dünyada yerini tutmasının böyük nəticələri olacaq. Sovet İttifaqının dağılmasından sonra Hindistan Qərbə yönələn xarici siyasətində müəyyən dəyişikliklər etdi. İqtisadiyyatını liberallaşdıran ölkə bir neçə strateji sahədə əsas tərəfdaşa çevrildi. Amma son 20 il ərzində Qərblə Hindistanın maraqlarında müəyyən fərqli tendensiyalar yaranmağa başladı. Avropa yeni “soyuq müharibə”dan danışmağa başladığı halda, Hindistan üçün beynəlxalq münasibətlərdə “soyuq müharibə” heç bitməyib. Hindistan-Rusiya münasibətləri əvvəlki kimi yenə də Hindistan milli strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Sovetlərin dağılmasından sonra ABŞ uğursuz şəkildə Hindistanın nüvə proqramının qarşısını almağa çalışdı. 2011-ci ilin terror olaylarından sonra Vaşinqton Pakistanla yanaşı Hindistanla da əməkdaşlığa xüsusi diqqət ayırmağa başladı. Amma Hindistan-Amerika münasibətləri dərin əməkdaşlıq səviyyəsinə qədər gedib çıxmadı. Moskvanın isə Nyu-Dehli ilə xüsusi pozitiv münasibətləri davam etməkdədir. Bu gün Rusiya ilə Hindistan siyasi-iqtisadi-hərbi sahədə sıx əməkdaşlıq edirlər. Rusiya Hindistanla ticarətdə Birləşmiş Ştatlarla rəqabət aparır. Hindistanın nəhəng şirkətləri isə artıq Rusiyanın enerji müəssislərinə və Benqal körfəzindəki enerji layihələrinə iri sərmayələr yatırıblar. İki dövlət cənub marşrutu üzrə əməkdaşlığı da genişləndirir ki, bu da Moskvada bütün Hind okeanı regionu ilə ticarəti artırmağa imkan yaradacaq. Hindistan ordusunun silah və döyüş kompleksinin 70 faizini Rusiya təmin edir. İki ölkə qanadlı raket, hücum qırıcıları və nəqliyyat təyyarələrinin istehsalı sahəsində əməkdaşlıq edir. Rusiya dünyada iki dövlətdən biridir ki, hər il Hindistanda müdafiə nazirləri səviyyəsində toplantı keçirir. Ölkələr kosmik proqramlar və nüvə sahəsində sıx əməkdaşlıq edir və bu sektora 10 milyardlarla dollar vəsait yatırıblar. Rusiya ilə belə sıx münasibətlər Amerikanın Hindistan variantından istifadə imkanını xeyli azaldır”. Məqalədə qeyd edilir ki, Buşun hakimiyyəti illərində Hindistanla iqtisadi əlaqələr intensivləşdirilib, nüvə sazişi imzalanıb. Hindistan Amerikanın müttəfiqlərindən birinə çevrilməyə başlayıb. Amma Hindistan heç vaxt “soyuq müharibə” dönəmindəki müttəfiqi ilə münasibətlərini soyutmayıb. Müəlliflər qeyd edir ki, amerikalılar sadəlövhcəsinə inanırdılar ki, iqtisadi artım, ticarətin genişlənməsi, nüvə əməkdaşlığı Hindistanın asanlıqla Amerika düşərgəsinə doğru qaçmasını təmin edəcək: “Hindistan Rusiya ilə uzun illər ərzində formaşalmış münasibətlərindən vaz keçmək fikrində deyil. Putinin Krımdakı hərbi hiyləgərliyi bütün dünyaya bir daha xatırlatdı ki, Çin dünyanın inkişaf edən yeganə güc mərkəzi deyil. Bu baxımdan amerikalı strateqlər Hindistanın hərbi-siyasi strategiyadakı yerinə yenidən baxmalıdır. Heç şübhəsiz ki, Hindistan qarşıdakı 10 il ərzində də əsas siyasi oyunçulardan biri olacaq. Hindistan inkişaf edən Çin, enerji istehsal endən Yaxın Şərq və yeni iqtisadi gücə çevrilən Afrika arasında çox əhəmiyyətli geostrateji mövqeyə sahibdir. Hərbi dəniz qüvvələrindəki gəmilərin sayını 150-yə çatdıran ölkə təyyarə daşıyan nəhəng gəmilərə də sahib olmaqla həlledici dəniz yollarında söz sahiblərindən birinə çevrilməkdədir. İqtisadi proqnozlara görə Hindistan əsrin ortalarında ÜDM-ə görə ABŞ-ı üstələyəcək. Amerika siyasi isteblişmenti nəzərə almalıdır ki, Moskva beynəlxalq hüquq normalarının əksinə getdiyi bir vəziyyətdə Hindistan Moskvanın tərəfini tutur”. Müəlliflər qeyd edir ki, Amerika Hindistanın dəstəyini qazanmaq üçün koordinasiyalı siyasət həyata keçirməlidir. Regionda Pakistan və Hindistanın mövqeyini şərh edən müəlliflər Kəşmir problemini də ortaya atırlar. Onların fikrincə, Pakistan regional təhlükəsizliyin ayrılmaz hissəsidir, Hindistan isə ABŞ-la qarşılıqlı əlaqədə olacağı halda amerikan baxışındakı dünya nizamında böyük əhəmiyyət kəsb edən dövlət olacaq. Müəlliflər təklif edir ki, Obama administrasiyası Hindistanla azad ticarət zonaları yaratmalı, bu ölkənin BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyü məsələsinə yenidən baxmalıdır. İkinci Dünya müharibəsindən sonrakı dünya nizamı sona çatıb və ABŞ gələcək çoxqütblü dünya qurulmasında fəal rol oynamalıdır. Hindistanın Krım məsələsində Moskvanı dəstəkləməsi ciddi xəbərdarlıqdır. Vaşinqton Hindistanı xarici siyasətinin mərkəzinə qoymalıdır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info