Ukrayna və Çin arasında strateji əməkdaşlıq təhlükə altında
Tarix: 28.03.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Ukrayna və Çin arasında strateji əməkdaşlıq müqaviləsi təhlükə altındadır. Bu barədə məlumatı Donetsk vilayətinin qubernatoru Sergey Taruta ötən gün keçirdiyi mətbuat konfransında REGNUM-un müxbirinə bildirib.
Onun sözlərinə görə, Ukraynanın hakimiyyət orqanları kömürün qazlaşdırılması hesabına sintetik təbii qaz və sintetik maye karbohidrogenlərin istehsalı üçün nəzərdə tutulan zavodun tikintisini təxirə salmaq məcburiyyətindədir: “Belə bir layihənin həyata keçiilməsi, ilk dövrlər, texniki şərtlərin uyğunlaşdırılması səbəbindən böyük bir mübahisəyə səbəb olmuşdu. Belə ki, bəziləri iddia edirdilər ki, Rusiyadan qazın min kubmetrini 240-280 dollara aldığımız halda, belə bir zavodun tikintisi heç bir effekt verməyəcək. Onların fikrincə, Rusiya qazın qiymətini 400 dollara qaldıracağı təqdirdə belə bir zavodun fəaliyyəti səmərə verə bilər. Bu gün Çinlə belə bir müqavilənin həyata keçirilməsi problem olaraq qalır”- deyə Taruta bildirib.
Daha sonra, bəzi mətbu orqanların bu məsələyə qeyri-real məlumatına münasibət bildirən qubernator bildirib ki, Ukrayna Çinlə bağlı bütün öhdəliklərini- taxıl təchizatını yerinə yetirib: «Ötən il ərzində bizim məhsulların ixracı ilə bağlı Çin tərəfinin bütün tələbləri yerinə yetirilib. Ötən il Çinə buğda, qarğıdalı və arpa ixrac edilib. Bunun hesabına bizim fermerlər və kənd təsərrüfatı şirkətləri xeyli vəsait və hesablanmış gəlir əldə ediblər».
Xatırladaq ki, 2014-2018-ci illər üçün Ukrayna ilə Çin arasında strateji əməkdaşlıq haqqında saziş 2013-cü ilin dekabrında imzalanıb.
Həmin ərəfədə Çin Xalq Respublikasının sədri Si Çzinpin bildirmişdi ki, 2014-ci ildə Ukrayna Çinin əsas ərzaq tədarükçüsü olacaq. Sazişdə, həmçinin, Çinin Ukraynada dörd zavod tikəcəyi barədə də müqavilə imzalanmış və zavodların tikintisi üzrə işlərin icrası üçün tender elan edilmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdə hiss ettik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info