Milli təhlükəsizlik orqanlarının 95 illiyi Səbaildə qeyd edilib
Tarix: 28.03.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyətində milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi qeyd olunub. Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilk növbədə MTN Səbail rayon idarəsinin şəxsi heyətini, xüsusi xidmət orqanlarının bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik edib.
Asif Əsgərov milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yetişdirilməsindən, Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından danışıb. Qeyd olunub ki, istər sovetlər dönəmində, istərsə də müstəqillik qazanılan illərdən bəri Azərbaycanın təhlükəsizlik orqanları şərəfli yol keçiblər. Natiq MTN Səbail rayon idarəsinin fəaliyyəti, paytaxtın mərkəzi rayonu, bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, , müxtəlif təxribatların qarşısının alınması istiqamətindəki işlərdən danışıb, idarə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən MTN Səbail rayon idarəsinin rəisi, polkovnik Qurban Süleymanov 95 il öncə yaradılan Azərbaycanın ilk milli təhlükəsizlik orqanların tarixindən söz açıb. Q.Süleymanov qeyd edib ki, ümummilli liderin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət, yeni dövrün çağırışlarına uyğun təhlükəsizilik sisteminin yardılmasına böyük kömək olub. Terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdəki şərəfli fəaliyyət, ölkə başçısının rəhbərliyi, dövlət strukturlarının və hüquq-mühafizə orqanlarının birgə səyləri ilə yaradılmış təhlükəsizlik mühiti və sabitlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Mərasimdə MTN Səbail rayon idarəsinin bir qrup əməkdaşına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info