AMEA-nın Ədəbiyyat İnstitutu yaradıcılıq müşavirəsi keçirəcək
Tarix: 28.03.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycandakı ədəbi proseslərin ötən ilə aid yekunları ilə bağlı yaradıcılıq müşavirəsi keçirəcək.
İnstitutdan verilən məlumata görə, “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda keçirilən müşavirədə nəsr, poeziya, dramaturgiya baxımından ötən il Azərbaycanda baş verən ədəbi yeniliklərdən söz açılacaq, elm adamları diqqətlərini cəlb edən əsərlər və müəlliflər haqqında danışacaqlar. Müşavirə zamanı gənc müəlliflərin də əsərlərinə toxunulacaq. Tədbirdə bədii tərcümə sahəsində də son vəziyyət müzakirə predmeti olacaq. Yaradıcılıq müşavirəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, institutun direktor müavini, f.f.d. Şəmil Sadıqov, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları çıxış edib öz müşahidə və mülahizələrini müşavirə iştirakçıları ilə bölüşəcəklər.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info