Avropa çempionatına hazırlaşan güləşçilərimizdən açıq məşq
Tarix: 28.03.2014 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mətbuata açıq məşqi keçirilib.
Məşqçilər korpusu tərəfindən aprelin 1-dən 6-dək Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşlərinə dair yığma komandalarımızın heyəti müəyyənləşdirilib. Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Azərbaycan yığma komandası çempionatda baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək. Qeyd edək ki, Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb. Yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib. Ötən il keçirilən Dünya Çempionatında gümüş (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsində qızıl (6 xal) medal qazanan və Avropa çempionatında 5-ci yeri (2 xal) tutan S.Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək - 18 reytinq xalı toplayaraq bu ada layiq görülüb. FİLA il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda göstərdiyi nəticələrə görə idmançıları qiymətləndirir.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Rakitiç Madrid klubuna keçə bilər
08.12.2019
Messi şousu davam edir
08.12.2019
“Yuventus“ mövsümdə ilk məğlubiyyətini alıb
08.12.2019
Mançester derbisində 3 qol
07.12.2019
Messi: “Karyeramın sonu yaxınlaşır...“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info