“Azərbaycan vərəmin müalicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə nail olub”
Tarix: 28.03.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub”.
Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə, Azərbaycan təcrübəsi" adlı filmin Azərbaycan dilindəki versiyasının təqdimatında deyib.
Onun sözlərinə görə, dünyada immun çatışmazlığı virusundan sonra insan ölümünə səbəb olan ikinci ən geniş yayılmış infeksiya törədicisi vərəmdir. Multirezistentli (MDR) vərəm bütün dünyada, xüsusilə də keçmiş SSRİ məkanının əksər hissələrində yüksək sürətlə artır. Bu ölümcül xəstəlik cəzaçəkmə yerlərində xüsusilə təhlükəlidir: "Lakin Azərbaycanda Ədliyyə Nazirliyi vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub. Nazirlik və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək üçün birgə və ciddi səy göstərib". D.Duran həmçinin qeyd edib ki, Azərbaycanın vərəmlə mübarizəsi artıq nümunəvi model olaraq tətbiq edilməkdədir. Bu gün təqdim olunan və 2013-cü ildə hazırlanmış film isə ölkədə məhbuslar üçün fəaliyyətə başlayan mərkəzi müalicə müəssisəsində göstərilən fərdi diqqətin, mütəxəssis qayğısının və möhkəm siyasi istək və iradənın nəticəsində həbsxanalarda MDR vərəmlə mübarizədə Azərbaycanın model rolunu oynadığını göstərir. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev isə deyib ki, Azərbaycanda 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm halları 2010-cu ildə 58 dəfə azalıb. Son 10 ildə isə 10 dəfə azalıb. O bildirib ki, bu film Azərbaycan təcrübəsini həbsxanalarda səhiyyə ilə məşğul olan digər mütəxəssislər və ictimaiyyətlə bölüşmək imkanı verəcək. Belə bir filmin hazırlanmasına görə BQXK-ya minnətdarlığını bildirən idarə rəisinin sözlərinə görə, 1995-ci ildən sonra Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizə sahəsində böyük uğurlar əldə olunub: "Bu sahədə ən yeni müalicə metodları tətbiq olunur və bu iş Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir".
R.Mehdiyev qeyd edib ki, bu gün Azərbaycandakı bütün cəzaçəkmə müəssisələrində müayinələr aparılır, bəlğəm nümunələri toplanır və laboratoriyada yoxlanılır. Penitensiar müəssisələrdə 1995-ci ildən bəri 13 mindən artıq şəxs vərəmdən müalicə alıb. Uğurlu müalicənin səviyyəsi 86 faizə çatıb. Hazırda penitensiar müəssisələrdə vərəmlə xəstələnmə göstəricisi sürətlə aşağı enir: "Bu, 2013-cü ildə ən aşağı səviyyədə olub, aşkar olunmuş destruktiv formalı vərəmli şəxslərin sayı azalıb. Bu gün bizim penitensiar müəssisələrdə vərəm çöplərinin aşkar edilməsi üçün ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyamız var".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info