“Fitch“ Azərbaycanın suveren reytinqlərini sabit proqnozla təsdiq edib
Tarix: 29.03.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Beynəlxalq "Fitch Ratings" reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqlərini ("RDE") "BBB-" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin yaydığı məlumatda deyilir. Reytinqlər üzrə proqnoz "Sabit"dir.
Həmçinin ölkənin xarici və milli valyutada prioritetli təmin edilməmiş istiqrazlarının reytinqləri də "BBB-" səviyyəsində təsdiq edilib. Ölkə üçün maksimal hədd "BBB-", xarici valyutada qısamüddətli "RDE" isə "F3" səviyyəsindədir.
Azərbaycanın reytinqlərinin təsdiq edilməsi hasilatın növbəti beş il ərzində bütovlükdə sabit qalacağı barədə "Fitch"in gözləntilərinin sübutudur.
Məlumatda deyilir: "2013-cü ildə neft hasilatı 0,3 faiz artdı və bu, 2010-cu ildən müşahidə olunan kəskin azalmanın sonu oldu. Yeni yataqlar və hökumətin BP-nin başçılıq etdiyi konsorsiumla məhsulların bölgüsü haqqında müqaviləsinin mümkün genişləndirilməsi hasilatın təbii azalması templərini nizamlayacaq. 2013-cü ilin dekabrında "Şahdəniz-2" layihəsinin iştirakçıları Avropaya ixrac marşrutunu seçdikdən sonra təbii qazın ixracı üzrə proqnoz daha konkret oldu". Agentliyin analitikləri qeyd edirlər ki, hökumət Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertləri tədricən azaltmağı və daha çox qeyri-neft gəlirləri yaratmağı planlaşdırır.
Analitiklər bildirirlər ki, Azərbaycan mart ayında 1,25 milyard dollarlıq 10 illik suveren avroistiqrazların debüt emissiyasını apararaq özünün istiqraz bazarında iştirakını təmin edib.
Məlumatda deyilir: "Büdcə göstəricilərinin möhkəmləndirilməsinə baxmayaraq, dövlət büdcəsinin kəsiri olacaq. ARDNF də daxil olmaqla birləşdirilmiş büdcə balanslaşdırılmış büdcəyə yaxın olacaq". "Fitch" qeyd edir ki, Azərbaycanın dövlət balansı reytinq verilən suveren emitentlər arasında ən güclüsüdür və reytinqi dəstəkləyir. Agentliyin analitikləri Azərbaycan iqtisadiyyatının qısamüddətli perspektivdə orta artımını proqnozlaşdırırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info