Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən daha bir qətnamə
Tarix: 31.03.2014 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirən qətnamə qəbul edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, qətnamə Nümayəndələr Palatasının plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.
Nümayəndələr Palatasının həm demokratlar, həm də respublikaçılar fraksiyaları tərəfindən dəstəklənən qətnamənin təqdimatı zamanı demokratik çoxluğun rəhbəri Rida Kabanilla, respublikaçı azlığın rəhbəri Cin Vord, turizm komitəsinin sədri Tom Brauer və təhsil komitəsinin üzvü Riçard Fali çıxış edərək, Azərbaycan-ABŞ tərəfdaşlığının yüksək strateji önəm daşıdığını bildirib, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə böyük səylər göstərdiyini qeyd ediblər.
Qətnamədə Azərbaycanın son 23 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi qeyd edilir. Bildirilir ki, Azərbaycan Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə ABŞ-ın güclü müttəfiqidir. Qeyd olunur ki, ABŞ və BMT Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi və hazırda Əfqanıstanda yerləşən ABŞ qüvvələri üçün nəzərdə tutulmuş təchizatın 40%-nin Azərbaycan ərazisi vasitəsilə daşındığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.
Qətnamədə Azərbaycanda müxtəlif dini və etnik icmaların əsrlərdən bəri dinc şəraitdə yaşadığı vurğulanır.
Habelə, Azərbaycanın Havay ştatı ilə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və Havay ştatının paytaxtı Honolulu şəhərinin Bakı şəhəri ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibəti saxladığı qeyd olunur.
Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməli olduğu vurğulanır, Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və dostluğunu tam dəstəklədiyi bəyan edilir və bu münasibətlərin növbəti illərdə daha da güclənəcəyinə ümid ifadə edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info