Şəkidə indiyədək 24 minə yaxın sakin tibbi müayinədən keçib
Tarix: 31.03.2014 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəkidə də mütəşəkkil davam etdirilir.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir rayon əhalisinin ürəyincədir. Tibbi müayinələrin məqsədi və əhəmiyyəti barədə əhali arasında müntəzəm olaraq maarifləndirmə işi aparılır. Müayinələr əvvəlcədən tərtib edilmiş cədvəl əsasında həyata keçirilir.
Z. Cavadovanın bildirdiyinə görə, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 24 minə yaxın rayon sakini tibbi müayinədən keçib. Rayonun 28 yaşayış məntəqəsində əhalinin pulsuz tibbi müayinəsi artıq tam başa çatdırılıb. Qalan yaşayış məntəqələrində tibbi müayinələr mayın 1-dək yekunlaşacaq.
Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi bu günlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə rayon sakini müraciət edir. Poliklinika şöbəsinin müdiri Nazim Əliyevin bildirdiyinə görə, indiyədək müayinə olunanların 3541 nəfərinə müalicə təyin olunub, 37 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, daha ciddi müayinəyə ehtiyacı olan bir neçə xəstə Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.
Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi İmran Əliyev əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Ölkə rəhbərliyinin uğurla həyata keçirdiyi siyasət nəticəsində son illər səhiyyə sistemində də böyük nailiyyətlər əldə edilib. Bu gün səhiyyənin bir sıra prioritet istiqamətlərinin inkişafı, o cümlədən ana və uşaqların sağlamlığının mühafizəsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda ölkə əhalisinin tibbi müayinəsi ilə yanaşı, uşaqların icbari dispanserləşdirilməsi də uğurla davam etdirilir.
Şəkidə 39 minə yaxın uşağın yaşadığını bildirən baş həkim, onların böyük əksəriyyətinin artıq tibbi müayinədən keçdiyini diqqətə çatdırıb. İmran Əliyev bildirib ki, uşaqların sağlamlığının mühafizəsinə dövlət qayğısının bariz nümunələrindən biri də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkib hissəsi olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsidir. Bu gün səhiyyənin uğurlarından biri də tibbi demoqrafik göstəricilərin ildən-ilə yaxşılaşdırılmasıdır. Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə uşaq və ana ölümü azalıb, uşaqların sağlamlıq vəziyyəti xeyli yaxşılaşdırılıb. Bu sahədə işlər ardıcıl davam etdirilir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri yerlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info