12-18 yaşı olan gənclər sosial şəbəkələrdən daha çox asılıdırlar
Tarix: 31.03.2014 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


Meksikanın Puebla şəhərində yerləşən Milli Psixiatriya institutunda işləyən alimlərin gəldiyi nəticəyə əsasən, 12-18 yaş kateqoriyasına məxsus yeniyetmələr sosial şəbəkələrin təsirinə daha çox məruz qalır. “İtar-tass.com” saytının məlumatına görə, araşdırmaya əsasən, gənc oğlan və qızların beyni sosial şəbəkələrdən uzun müddətli istifadə zamanı yaranan asılılığa müqavimət göstərmək üçün kifayət qədər formalaşmayıb. Mütəxəssislər müəyyənləşdiriblər ki, internetdə ünsiyyət saxlayan zaman biz internetin başqa istifadəçiləri tərəfindən dəstəyə ümid edirik. Məsələn, virtual həmsöhbətlərimizin internetdə dərc edilmiş fotoşəkil və fikirlərimizə müsbət qiymətini əks etdirən “Like” düyməsinə klik sayını buna nümunə göstərmək olar.
Virtual dostlarımız nəşrlərimizi "like" etdikdə biz beyində dofamin adlanan hormonun ayrılması ilə əlaqədar məmnunluq hissi duyuruq. Bu hormon hansısa pozitiv hallar yaşanan zamanı (məsələn, cinsi əlaqə, dadlı qida, həmçinin narkotik qəbulu) təbii üsulla böyük miqdarda ayrılır.
Meksikalı tədqiqatçılar aşkar ediblər ki, “Facebook” və ya “Twitter” kimi sosial şəbəkələrdə gündəlik 4-5 saat vaxt keçirən yeniyetmələrdə artıq müəyyən asılılıq simptomları müşahidə olunur. Müqayisə kimi qeyd edək ki, əgər əvvəllər beyində dofamin maddəsinin ayrılması üçün gənc oğlan və ya qız üçün 5-7 “like” kifayət idisə, hazırda gənclər onları əhatə edənlərə maraqlı olmaq üçün şüuraltı artıq 20-30 “like” gözləyirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Gec qocalmaq istəyirsizsə, yerişinizi dəyişin...
21.11.2019
Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərlərindəndir
20.11.2019
Dünyanın ən az inkişaf etmiş 47 ölkəsi
20.11.2019
Motsartın erkən əlyazması hərracda satıldı
20.11.2019
Yupiterin peyki “Europa”nın atmosferində su buxarı kəşf edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info