Yaponiyada maraqlı təlimlər
Tarix: 31.03.2014 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


2020-ci il Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Yaponiya real dünya ilə yanaşı, virtual dünyanın mühafizəsini də gücləndirir. Belə ki, ölkə hökuməti bütün dövlət idarələrinə yönələn kiberhücumların dəf edilməsi üzrə genişmiqyaslı təlimlər keçirib. Oxşar tədbirlər 2012-ci il London Olimpiadası ərəfəsində də olub. Təlimlər zamanı 50 informasiya təhlükəsizliyi mütəxəssisi Tokiodakı mərkəzi qərargahda, daha 150 əlavə əməkdaş yerlərdə çalışıb. Simulyasiya edilmiş kiberhücumlar 21 nazirlik və 10 sənaye assosiasiyasına qarşı törədilib. Yaponiya hökuməti Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar ölkənin xarici və daxili haker hücumlarının hədəfinə çevriləcəyindən ehtiyat edir. Artıq ötən il Yaponiyanın dövlət və müəssisələrinə kiberhücumların sayında iki dəfə artım qeydə alınıb. Yaponiyanın informasiya texnologiyaları naziri İçita Yamamoto deyib: “Biz təhlükəsizlik sisteminin keyfiyyətinin artırılması üçün çoxlu səy göstərsək də, ABŞ-dan xeyli geri qalırıq”.
Martda keçirilən təlimlər tarixdə hökumət və nəhəng biznesin kiberhücumların dəf edilməsi üzrə ilk birgə əməliyyatları olub. Təlimlərdən əvvəl idarələrin informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin informasiya texnologiyaları naziri ilə birgə görüşü keçirilib. Təlim iştirakçıları işin yekunları üzrə hökumət üçün kibertəhlükəsizlik üzrə tövsiyələr hazırlamağı planlaşdırırlar. Yaponiya hökuməti həmçinin tələbələrin milli informasiya təhlükəsizliyi sahəsində fəaliyyətini stimullaşdırmağı nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Gec qocalmaq istəyirsizsə, yerişinizi dəyişin...
21.11.2019
Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərlərindəndir
20.11.2019
Dünyanın ən az inkişaf etmiş 47 ölkəsi
20.11.2019
Motsartın erkən əlyazması hərracda satıldı
20.11.2019
Yupiterin peyki “Europa”nın atmosferində su buxarı kəşf edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info