Sabiq Prezident rəsmən dövlətə xəyanətdə ittiham edilib
Tarix: 31.03.2014 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


İslamabadda Pakistanın sabiq Prezidenti general Pərviz Müşərrəfin dövlətə xəyanətlə bağlı işinə baxan xüsusi məhkəmə bazar ertəsi ona bu cinayəti törətməsi ilə bağlı rəsmi ittiham irəli sürüb. Məlumata görə, bu barədə ölkənin DAWN qəzetinə istinadən “RİA Novost”i xəbər yayıb. Məhkəmə iclasında şəxsən iştirak edən 70 yaşlı generalın özü isə onun ünvanına səsləndirilən bütün ittihamları "əsassız" adlandırıb və günahsız olduğunu bəyan edib.
İttihama görə, 2001-ci ildən 2008-ci ilədək Pakistan Prezidenti postunu tutan Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyət elan edərək Ali Məhkəmənin hakimlərinin həbs edilməsini əmr etməklə dövlətə xəyanət edib. Pakistan qanunlarına görə, dövlətə xəyanət ölüm cəzası və ya ömürlük həbslə cəzalandırılır.
Xatırladaq ki, dövlətə xəyanət haqqında iş ötən il Pakistan hökumətinin təşəbbüsü ilə qaldırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Fransada “sarı jiletlilər” aksiyasının 15-ci mərhələsi baş tutub
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info