“Google” əməkdaşlarının xəstəliklərini öyrənəcək
Tarix: 31.03.2014 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


“Google” şirkəti əməkdaşlarını tədqiq edəcək. Şirkət tədqiqat üçün 1948-ci ildə başlayan və indiyədək davam edən Freminqem tədqiqatını (FHS) nümunə götürüb. “FHS” çərçivəsində alimlər kardiovaskular xəstəliklərin (infarkt, insult və s.) və onların inkişaf risklərinin öyrənilməsi ilə məşğul olurlar. “gDNA” adlanan layihənin məqsədi şirkət əməkdaşlarının xoşbəxtliklərinin “məxfi reseptini” tapmaqdır.Tədqiqatda artıq təsadüfi şəkildə seçilmiş 4 minə yaxın “Google” əməkdaşı iştirak edir. Onlar hər il dəqiq anonim anket prosesindən keçərək adət etdikləri hərəkətlər, ətrafdakı insanlara, işə, həmkarlarına münasibətləri və s. ilə bağlı suallara cavab verirlər. Sonra mütəxəssislər bu faktorların bir-biri ilə necə əlaqədar olmasını, hansı rol oynamasını və əməkdaşların iş səmərəliyinə necə təsir göstərməsini müəyyən edirlər.
Artıq ilkin nəticələr əldə olunaraq müəyyən edilib ki, “Google” əməkdaşlarının üçdə iki hissəsi işdə ev haqqında düşünməkdə davam edir və yalnız 31 faiz bu barədə fikirləşmir. Bundan başqa, rəyi soruşulanların yarısı ofisi tərk etdikdən sonra bütünlüklə vəzifəsini unutmaq, eləcə də ofis və ya iş saatından kənarda onların təsirindən yaxa qurtarmaq arzusundadır. Vəziyyəti düzəltmək məqsədilə əməkdaşlara boş vaxtlarda heç kəsin mane olmaması üçün ofisdə iş əlaqə vasitələrini (telefon nömrələrini) qoymaq xahiş olunub. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu, şirkət əməkdaşlarının vəziyyətinin yaxşılaşmasına gətirib çıxarıb. Mütəxəssislərin fikrincə, əməkdaşlar həmçinin işdənkənar və məzuniyyət vaxtlarında iş elektron poçtundan imtina etməlidirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info