DSMF jurnalistlər üçün yeni müsabiqə elan etdi
Tarix: 31.03.2014 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu (DSMF) jurnalistlər üçün yeni müsabiqə elan edib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan “Palitra”ya verilən məlumata görə, “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda elan edilən müsabiqə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keçirilir. Müsabiqəyə 01 aprel 2014-cü il tarixdən 01 iyun 2014-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır. Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 01 iyun 2014-cü il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə DSMF-nin aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.
Müsabiqənin yekunlarına görə, ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar: Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer – 800 manat; 2-ci yer – hər biri 500 manat olmaqla iki yer; 3-cü yer – hər biri 300 manat olmaqla üç yer.
Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə: 1-ci yer – 800 manat; 2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer.
Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.
Qeyd edək ki, müsabiqə ilə bağlı komissiyaya DSMF-nin sədr müavini Zakir Babayev rəhbərlik edir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statusu müəyyənləşib
01.12.2020
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor
01.12.2020
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM
01.12.2020
Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər
01.12.2020
Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info