Azərbaycanlıların soyqırımı həqiqətləri ilə bağlı konfrans keçirilib
Tarix: 31.03.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə “Müasir dünya və azərbaycanlıların soyqırımı həqiqətləri” mövzusunda konfrans keçirilib. Konfransı açıq elan edən Akademiyanın rektoru Urxan Ələkbərov 1918-ci il martın 31-də Bakıda və digər ərazilərdə erməni terror təşkilatları tərəfindən törədilən kütləvi qırğınlar və soyqırımı aktlarından danışıb. Xalqımızın başına gətirilən faciələrin beynəlxalq səviyyədə tanıdılması üçün belə konfransların təşkilinin əhəmiyyətini vurğulayan rektor 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın zorla öz yurdlarından qovulmasından, 20-si əsrdə mərhələli şəkildə həyata keçirilən deportasiya siyasətindən söz açıb, ermənilərin təcavüzü, işğalçılıq siyasəti nəticəsində xeyli sayda vətəndaşımızın günahsız qətlə yetirilməsinin siyasi mahiyyəti barədə məlumat verib. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev isə Azərbaycan xalqına qarşı zaman-zaman soyqırımı aktı, etnik təmizləmə, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illər görülən tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdirdi.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov isə qeyd edib ki, ermənilər və onların havadarları 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri dəhşətli soyqırımı aktı, vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.
Daha sonra çıxış edən “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib ki, bir gənc olaraq soyqırımıların ən dəhşətlisini - Xocalı Soyqırımını 15 yaşı olarkən yaşayıb: “Xocalı soyqırımı zamanı 613 nəfər şəhid oldu, mənim mənsub olduğum nəsildən 40 nəfərə yaxın insan soyqırımının qurbanı oldular. Əslində Xocalıda şəhid olmuş hər bir kəs mənim üçün əzizdir və mənim doğmalarımdır. Eyni zamanda onu diqqətinizə çatdırmaq istəyirəm ki, mən əslində fərd olaraq bəşəri bir cinayətin qurbanı olmuşam...”. O, həmçinin “fəaliyyət göstərdiyimiz qısa müddət ərzində əldə etdiyimiz təcrübə onu deməyə əsas verir ki, millətimizə və dövlətimizə bağlı yaranan gənclər təşkilatının, vətənimizin taleyi ilə bağlı hər hansı bir iş görmək, bir plan həyata keçirmək istəyi varsa, müəyyən maliyyə və təşkilati çətinliklər olmasına baxmayaraq onu reallaşdırmaq və başa çatdırmaq mümkündür”, - deyə əlavə edib.
Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli və digərləri də Qarabağ həqiqətlərinin, erməni vəhşiliklərinin ifşa olunması istiqamətində görülən işlərdən danışıblar.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info