Azərbaycan həqiqətləri Litva mediasında
Tarix: 31.03.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Litva Respublikasının məşhur “slaptai.lt” internet portalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 31 Mart soyqırımından bəhs edən məqalə dərc edilib. “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin davam etdirildiyi qeyd olunur: “Ermənistan, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Nəticədə bir milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır, işğal altındakı tarixi-dini abidələrimiz məhv edilir. Bu faktlar təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olunmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır”.
Müəllif yazır ki, ermənilər hələ 1918-ci ilin mart ayında 12 min azərbaycanlını qətlə yetirməklə yanaşı Azərbaycanın yüzlərlə şəhər və kəndini xarabalığa çevirib, məscidlər, məktəb binalarını yandırıb, mədəniyyət abidələrini yerlə yeksan ediblər: “Ermənilər Cümə məscidini, Təzə Pir məscidini, İsmailiyyə binasını top atəşi ilə dağıdıblar. Ermənilərin işğal zonalarında Azərbaycanın maddi mədəniyyət abidələrinin dağıdılması prosesi indi də davam edir. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix, mədəniyyət və memarlıq abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır. Memarlıq abidələri tamamilə sökülüb tanınmaz hala salınıb və ya təhqir edilib. Bütün bunlar isə "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında " 1954-cü il Haaqa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında " YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir ”.
Yazıda ermənilərin bu vandalizminə baxmayaraq Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin dövlət səviyyəsində davam etdirildiyi, hətta Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələrinin də qorunduğu vurğulanır: “Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Hazırda burada kitab və erməni dilində olan əlyazmalar qorunur. Son dəfə erməni kilsəsində bərpa işləri 2011-ci ildə aparılıb. Bu gün xaricdən gələn qonaqların bu kilsəyə səfərləri təşkil olunur. Hətta 2010-cu ilin 26 aprelində Dini liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin bu kilsədə olublar. Ermənilər abidlərimizə vandalizm siyasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur ”.
Məqaləni aşağıdakı linkdən oxumaq olar:
http://slaptai.lt/gyvenimo-skandalai/8005-azerbaidzanieciu-tolerancija-pries-armenu-vandalizma.html

Əkbər




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info