Hüseyn Cavidin Ev Muzeyində 31 Mart soyqırımı anıldı
Tarix: 31.03.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr edilmiş anım tədbiri keçirilib. Azərbaycanlıların soyqırımı 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Hər il 31 Mart azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Gülbəniz Babaxanlı daha maraqlı bir faktı qeyd etdi ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Qaniçən cəlladlar H.Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarıblar və yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. H.Cavid bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib. Tədbirin sonunda muzeyin ekspozisiyasında hazırlanmış 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş foto sərgi və slayd nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
27.11.2020
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
27.11.2020
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov
27.11.2020
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb
27.11.2020
Ermənistanın keçmiş baş qərargah rəisi metal tullantıları 42 milyon dollara satırdı - Paşinyan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
2 Öküz ili bürclərə nə vəd edir?
3 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
4 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
5 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info