31 Mart soyqırımı ilə əlaqədar Almaniyada aksiya
Tarix: 31.03.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Gənclər Assosiasiyası 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Berlində Brandenburq darvazası önündə etiraz nümayişi keçirib. Aksiya iştirakçıları erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən vərəqələr yaymaqla, plakatlar və şüarlarla alman ictimaiyyətinin, eləcə də turistlərinin diqqəti bu qanlı hadisələrə cəlb etməyə çalışıb. Aksiyaçılar yerli sakinlərlə tək-tək söhbət edərək bu faciənin tarixindən bəhs ediblər.
Avropa Azərbaycanlıları Konqresi (AAK) isə 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinə, Parlamentin üzvlərinə, Almaniyanın və digər Avropa ölkələrinin müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərib. Alman və ingilis dilində hazırlanmış açıqlamada 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilir və aradan 96 il keçməsinə baxmayaraq, bu cinayətlərə hələ də hüquqi qiymətin verilməməsi vurğulanır. Sənəddə erməni millətçilərinin cəzasızlıqdan ruhlanaraq Azərbaycan xalqına qarşı yeni kütləvi qırğınlar törətdiyi, 1992-ci ildə isə Xocalı soyqırımını həyata keçirdiyi diqqətə çatdırılır. AAK beynəlxalq terrora qarşı mübarizəni qarşısına məqsəd qoymuş dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməyi tələb edir, həmçinin nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, qondarma erməni soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırır və Azərbaycan torpaqlarında sülhün bərqərar olunmasında dünya ictimaiyyətinin böyük səy göstərəcəyinə ümid etdiyini vurğulayır.
Nigar







 
Bölməyə aid digər xəbərlər
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info