Dmitri Medvedev Krımdadır
Tarix: 31.03.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Rusiyanın Baş naziri Dmitri Medvedev yarımadanın və Sevastopol şəhərinin inkişafı məsələlərini müzakirə etmək üçün Krıma səfər edib. Baş nazir müşavirədən əvvəl Simferopoldakı sosial obyektlərə baş çəkmək niyyətindədir. Rusiya hökuməti başçısının səfəri Krımın və Sevastopolun Rusiyanın tərkibinə daxil edilməsindən on gün sonra baş tutub. Medvedev Krımın və Sevastopolun sosial-iqtisadi inkişafı üzrə iclas keçirəcək. Bundan başqa, hökumətin başçısı Sevastopola da səfər edəcək. Rusiyanın Baş naziri yarımadaya səfər etmək niyyətini Krım nümayəndələrinin iştirakı ilə keçirilən mədəniyyət işçilərinin iclasında bəyan edib. Artıq ötən həftə Rusiya hökumətinin üzvləri - müdafiə naziri Sergey Şoyqu, FHN rəhəbri Vladimir Puçkov, əmək naziri Maksim Topilin yarımadaya səfər ediblər. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində xəbər verib ki, yaxın vaxtlarda dövlət başçısının Krıma səfər etmək planı yoxdur. Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Martın 18-də isə Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil olması haqqında saziş imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info