Səbail rayonunda ümumrayon iməciliyi
Tarix: 31.03.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etməkdədir. Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti iməcilik rayonun təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan – respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, «Şıx» yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib. İməcilik ərəfəsində hazırlıq işləri görülüb, lazımi miqdarda ləvazimat toplanılıb, ağacların suvarılması üçün yeni xətlər çəkilib və su maşınları cəlb olunub, ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınıb.
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı, yaşıl ot qatı salınıb, 5 min ədəd yeni ağac, 40 min gül kolu əkilib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb. Keçirilən iməcilik zamanı 5000 ədəd yeni ağac əkilib, əlavə olaraq əvvəl əkilmiş 10 min ağaca qulluq göstərilib, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilib. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Nigar







 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info