Əli Abbasov: Azərbaycan genişzolaqlı infrastrukturun inkişafına investisiya yatırır
Tarix: 31.03.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti internet istifadəçilərinin sayının xeyli artmasına xidmət edən genişzolaqlı infrastrukturun inkişafına təqribən 0,5 milyard dollar investisiya yatırır. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Davamlı inkişaf üçün genişzolaqlı rabitə" konfransında çıxışı zamanı deyib. Konfrans Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rabitənin inkişafı üzrə VI Ümumdünya konfransı çərçivəsində baş tutub. Konfransda əsas diqqət İKT sahəsinin inkişafının prioritet istiqamətlərinə, proqram, layihə və təşəbbüslərin həyata keçirilməsi üzrə həmin istiqamətlərin razılaşdırılmasına yönəldilib.
Ə.Abbasovun sözlərinə görə, Azərbaycan genişzolaqlı rabitənin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin tərəfdarıdır: "Azərbaycanda reallaşdırılan genişzolaqlı internetin inkişafı layihəsi ilk növbədə evdə qoşulmaların sayının artmasına xidmət edir. Bundan başqa, respublikanın ümumtəhsil müəssisələrinin genişzolaqlı internetə qoşulması da prioritet vəzifədir".
ITU-nun baş katibi Hamadun Ture tədbirdə çıxış edərək deyib ki, genişzolaqlı internet ən yüksək templə inkişaf edir və onun artımının böyük hissəsi inkişaf edən ölkələrin payına düşür.Onun sözlərinə görə, hazırda istehlakçıların istifadəsində 1,5 milyard smartfon var və yaxın bir neçə il ərzində onların sayı ikiqat artacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info