İzmirdə soyqırımı tədbiri
Tarix: 31.03.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Türkiyənin İzmir şəhərində Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti ilə İzmirdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən anım-konferans təşkil olundu. Zəkarya Doğan Mədəniyyət Evində təşkil olunan tədbirə qeyri-hökumət təşkilatlarının sədr və nümayəndələri, universitet müəllimləri, Zəkarya Doğan və Azərbaycan Cəmiyyətlərinin üzvləri ilə İzmir Universitetlərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak etdilər.
Tədbir, soyqırımında və Azərbaycan ilə Türkiyə dövlətlərinin müstəqilliyi yolunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin himnlərinin oxunması ilə başladı.
Daha sonra kürsüyə dəvət olunan Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti sədr müavini və tələbələrin nümayəndəsi Cavid Əliyev son 200 il ərzində Ermənilərin azərbaycanlılara qarşı saysız soyqırımı və qətliamlardan ən amansız olanlarından birisinin də 31 Mart ilə 2 Aprel 1918-ci ildə həyata keçirilən soyqırımı olduğunu vurğulayaraq bildirdi ki: “Çox təəssüf ki, Sovet İttifaqı vaxtında xalqların qardaşlığı adı altında azərbaycanlılara qarşı törədilən soyqırımılar bizlərə unutduruldu və bunun nəticəsində Xocalı soyqırımı başda olmaqla digər soyqırımları yaşamalı olduq”.
Cavid Əliyev çıxışının sonunda bu tədbirin təşkilində onlara köməklik edən Zəkarya Doğan Mədəniyyət Evinə, konferans verəcəklərə və iştirak edənlərə təşəkkürlərini bildirdi.
31 Mart Soyqırımı haqqında çıxış etmək üçün kürsüyə gələn jurnalist-yazar Nigar Börək, “Erməni və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədinin azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirmişlərdi. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb”, - deyə bildirdi.
Nigar Börək vurğulayıb ki, xüsusilə də gənclər tariximizi yaxşı bilməli, internetdən istifadə edərək xalqımızın bu yaşadıqlarını dünyanın da bilməsi üçün var güclərini əsirgəməməlidirlər.
Daha sonra kürsüyə gələn araşdırmaçı-yazar, Celal Bayar Universiteti müəllimi İsmət Alpaslan da 31 Mart Soyqırımı haqqında qısa məlumat verərək, Nuru Paşa rəhbərliyindəki Qafqaz-İslam Ordusunun Azərbaycan hərəkatı və Bakının Erməni-Bolşevik işğalından azad etməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbir sonunda iştirakçılara şəhidlərin ruhuna hazırlanmış halva təqdim edildi.
Günəş




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Kəlbəcər Ordumuza təhvil verildi
24.11.2020
Ermənilərin “yanmış torpaq“ strategiyası AK-nin diqqətində
24.11.2020
Kəlbəcəri boşaldan erməni hərbçiləri hərbi hissəni partladıblar - VİDEO
24.11.2020
Qərb niyə Dağlıq Qarabağ münaqişəsinin həllindən narazıdır
24.11.2020
Əsgərlərimizin çəkdiyi bu görüntülər rekord qırdı – VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info