Bakı Ali Neft Məktəbində soyqırımı qurbanlarının anım mərasimi keçirilib
Tarix: 31.03.2014 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədris ocağından verilən məlumata görə, mərasimdən əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışıb, erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalayıb, bunların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini qeyd edib, ümummilli lider Heydər Əliyevin 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam imzaladığını bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyini, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyini vurğulayıb, gəncləri dövlətçilik amalları ətrafında birləşməyə, ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırıb.
Mərasimdə çıxış edənlər - kafedra müdiri, professor Arif Məmmədzadə, prorektor, professor Ramiz Hümbətov və dosent Manafəddin Namazov erməni dövlətinin tarixinin saxta mənbələrə söykəndiyini qeyd edib, ermənilərin yalanlarına qarşı daim mübarizə aparmağa çağırıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına məxsus bütün torpaqların geri alınacağına ümidvar olduqlarını bildiriblər.
Sonda tələbələrin hazırladığı mart hadisələrinə həsr olunmuş film nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info