31 Mart xalqımıza qarşı törədilən kütləvi qətldir
Tarix: 31.03.2014 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Toplantını giriş sözü ilə Şərqşünaslıq İnstitutun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva açıb. Gövhər xanım XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib: «Tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin salınmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdı. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələri və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Həmin vaxt Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırım haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən bəri respublikamızda 31 Mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur».
G.Baxşəliyeva daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarının
Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb. İnstitutun «Cənubi Azərbaycan tarixi» şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Bije şöbədə bu sahədə görülən işlərdən və Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımından söz açıb. Daha sonra institut əməkdaşlarından tarix üzrə fəlsəfə doktorları Səməd Bayramzadə, Bəşarət Bəşirova, elmi işçi Həsən Səfəri və başqaları çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən ürəkağrısı ilə danışıblar və institut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatları yüksək qiymətləndirdiklərini söyləyiblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info