31 mart soyqırımının şəhidləri Türkiyədə anılıb
Tarix: 31.03.2014 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


İstanbulun Beykent Universitetində 31 mart soyqırımı günü anılıb. Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə təmsilçisinin təşkilatçılığı, Beykent Universiteti Uluslararası İlişkilər Klubunun dəstəyi ilə keçirilən tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, İstanbuldakı konsulumuz Kənan Murtuzov, Beykent Universitetindən Yard. Doc. Dr. Muzaffer Ürekli və DAK Gənclər Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar çıxış ediblər. Bu haqda Ərtoğrul Cahandar qəzetimizə məlumat verib.
Ə.Cahandar bildirib ki, 31 mart 1918-ci ildə ermənilər başda Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran rayonlarında böyük soyqırımı həyata keçiriblər: “Təkcə Bakıda 12000 azərbaycanlı öldürülüb. Azərbaycanda martdan başlayan soyqırımı sentyabr ayına qədər davam edib və Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Bu qətliamlarda bütünlükdə 50 min Azərbaycan türkü öldürülüb. Bu gün 31 Mart 1998-ci ildən etibarən dünya azərbaycanlılarının soyqırımı günü kimi anılır”.
Ə.Cahandar çıxışında gəncləri tariximizi unutmamağa çağırıb: “Bizlər nə qədər tariximizə, keçmişimizə dəyər versək, hər kəs də bizə dəyər verəcək.
200-ə qədər iştirakçının olduğu (ictimai xadimlər, professorlar, tələbələr və İstanbulda yaşayan azərbaycanlılar) tədbirdə millət vəkili Sabir Rüstəmxanlı tələbələrə imzalı “Difai fədailəri” kitabını hədiyyə edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
28.11.2020
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28.11.2020
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb-VIDEO
28.11.2020
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
27.11.2020
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info