Ədalətə ümid edirik
Tarix: 31.03.2014 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


|

On March 31, 1918 thousands of peaceful Azerbaijani were killed for their nationality by armenians. So, today is a Genocide Day of Azerbaijanis!
31 Mart 1918`te binlerce Azeri kendi milliyetleri için ermeniler tarafından öldürüldü. Ve bugün Azerilerin Soykırım Günü!

31 mart 1918-ci ildə minlərlə sülhsevər azərbaycanlı öz milliyətləri səbəbindən ermənilər tərəfindən qətlə yetirildilər. Onlar bu günü tariximizə Soyqırım Günü kimi həkk etdilər!
Əsrlər boyu müxtəlif səbəblər ucbatından bu millətin başına çox bəlalı hadisələr gəlib. Təəssüf ediləsi haldır ki, biz bunlardan vaxtında nəticə çıxarıb ibrət götürə bilməmişik. “Dənizdən- dənizə böyük Ermənistan” yaratmaq istəyi mənfur düşmənlərimizi növbəti soyqırımı törətməyə ruhlandırdı. 30 mart-02 aprel 1918-ci il tarixləri arasında bolşevik-daşnak dəstələri Bakı, Şamaxı, Lənkəran, Muğan və s. ərazilərə hücum edərək 50 min azərbaycanlını görülməz vəhşiliklərlə qətlə yetirdilər, 10 mindən artıq insanı isə yaşadıqları torpaqlardan didərgin saldılar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-ni Mart soyqırımının anım günü kimi qeyd edirik. İndi isə bunu hər il bütün dünyaya car çəkirik. İstəyirik ki, heç olmasa bu hadisənin varlığından agah olsunlar. İstəyirik ki, bu soyqırım dünya ictimaiyyətinə çatdırılsın. Diasporumuz artıq aktiv şəkildə Xocalı soyqırımını, Qanlı Yanvar hadisələrini, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü təbliğ edərək “Xocalıya Ədalət”, “Qarabağa Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyalarını təşkil edirlər. Sevindirici haldır ki, təşkil olunan kampaniyalar nəticəsində bu hadisələr bir neçə beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Rus, ingilis, türk, alman və fransız dillərində bir sıra kitablar yazılıb. Sonsuz sayda müxtəlif dillərdə məqalələr dərc edilib. Bundan əlavə, Vətəndən kənarda yaşayan hər bir azərbaycanlı, müəllim, tələbə və b. əllərindən gəldikləri qədər bu hadisələr haqqında ətraflarındakılara məlumat verməyə çalışır. Biz səsimizin duyulmasını istəyirik. Fərqli-fərqli maskalar taxaraq, özünü mələk qismində nümayiş etdirən ermənilərin əsl simasının nə olduğunu görmələrini istəyirik.
Yeri gələndə dünyaya çatdıra biləcəyimiz faktlar da az deyil. Bunlardan bəzilərini xatırlatmaq istəyirəm.
“Ermənilər haqqında mənfi rəy uzun illər bundan əvvəl formalaşıb və təbii ki bunun öz səbəbi var, əks halda bu, əksər insanlarda və müxtəlif dövrlərdə təcəssüm olunmazdı. Onlar hər hansı bir səbəblə səslərini ucaltmağa meyillidirlər. Bunlar sadəcə kiminsə evinə girmək istəyəndə icazə verilmədiyi, hiylələri aşkarlandığı və ya irqlərinin oğruları cinayət məsuliyyətinə cəlb olunduğu zamanlarda səslərini ucaltmır, eyni zamanda əcnəbiləri, səfeh və ya korrupsiyalaşmış insanları da eyni hiylələrə əl atmağa məcbur edirlər”. (V.L.Veliçko, Rusiya tədqiqatçısı, "Qafqaz" əsəri).
“Möhtərəm imperator, heç bir halda ermənilərin Rusiyanın mərkəzi torpaqlarında məskunlaşmalarına icazə verməyin. Bunlar elə bir irqdilər ki, burada bir neçə onillik yaşadıqdan sonra buraların onların əzəli torpaqları olduğunu bütün dünyaya elan etməyə başlayarlar”. (A.S.Qriboyedovun Rusiya imperatoruna məktubundan ).
“Zaqafqaziyada yaşayan 1 milyon 3000 erməninin 1 milyonu yerli deyil. Biz onları bu ərazilərə köçürmüşük”. (N.İ. Şavrov "Zaqafqaziyadakı rus biznesinə yeni təhlükə: Muğanın xaricilərə satışı").
Ürəyi Vətən üçün döyünən hər bir vətəndaşımız ədalətin təmin olunmasını, ərazi bütövlüyümüzün bərpa olunmasını, qətlə yetirilənlərin ruhlarının rahatlıq tapmasını istəyir, bunun tezliklə baş verəcəyinə ümid edir!




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info