Voleybol yığmamızın oyunlarının vaxtı dəqiqləşdi
Tarix: 31.03.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində oyunlarının tam təqvimi açıqlanıb.
D qrupunda yer alan Faiq Qarayevin yetirmələri 2-ci təsnifat mərhələsində ilk qarşılaşmasına mayın 22-də çıxacaq. Belə ki, voleybolçularımız Bolqarıstanda baş tutacaq I dövrədə öncə Portuqaliya, ardınca Yunanıstanla qarşılaşacaq. Son matçda rəqibimiz ev sahibləri olacaq. Bakının qəbul edəcəyi II dövrədə isə komandamız Yunanıstanla birinci oynayacaq. Sonra Portuqaliyanı sınağa çəkəcək millimiz yekunda bolqarları sınağa çəkəcək. Qeyd edək ki, reqlamentə əsasən, seçmə mərhələlərdə 32 komanda 9 vəsiqənin taleyinə aydınlıq gətirəcək. İlk təsnifat mərhələsindən sonra 4 milli, mübarizəni dayandıracaq. Ardınca II təsnifat mərhələsində qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcək. Qrupda ikinci olacaq millilər isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər. Meydan sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apennilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib - red.) artıq 16 komandanın mübarizə aparacağı yarışa vəsiqə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“El-Klasiko“nun vaxtı açıqlandı
13.11.2019
Ronaldinyo “Barcelona“ya qayıdır
13.11.2019
“Ramos çox kobud futbolçudur“
13.11.2019
“Messinin qarşısını almaq üçün 20 mindən çox yola əl atdıq, xeyri olmadı“
13.11.2019
İdmançılarımız WFC döyüş növləri üzrə dünya çempionatında qalib olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info