Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətə başlayır
Tarix: 31.03.2014 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar aprelin 1-dən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorundan bildiriblər. 2014-cü ilin dekabr ayına qədər səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Səyyar "ASAN xidmət" vasitəsi ilə 2014-cü ilin aprel ayında aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:
1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;
1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;
14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;
16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;
27 aprel - 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə;
29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə.
Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info