“Transilvaniya Azərbaycan sərmayələrini cəlb edir”
Tarix: 31.03.2014 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Rumıniyanın nüfuzlu “Romania Libera” (Azad Rumıniya) qəzetində jurnalist Klaudiu Padureanunun müəllif olduğu “Transilvaniya Azərbaycan sərmayələrini cəlb edir” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Rumıniya və Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğu və bunun enerji və mədəniyyət sahələrində özünü daha aydın büruzə verdiyi vurğulanır. Müəllif ARDNŞ-in Rumıniyanın enerji sahəsinə sərmayələrin qoyulmasını artırdığını, bir çox bölgələrdə yeni yanacaqdoldurma məntəqələri açdığını bildirir. Yazıda ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimovun fikirləri də yer alıb. Direktor Rumıniya ilə Azərbaycan arasında mövcud əlaqələrin və ARDNŞ-in bu ölkəyə sərmayələr qoymasının tarixindən danışaraq, ikitərəfli əlaqələrin ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daha da intensivləşdiyini və möhkəmləndiyini qeyd edib. Diqqətə çatdırılıb ki, ARDNŞ hazırda Rumıniyanın Transilvaniya və Banat bölgələrində investisiya qoyuluşunu davam etdirir. H.Kərimov yeni yanacaqdoldurma məntəqəsinin açıldığı Kluj şəhərinin Azərbaycanın Gəncə şəhərinin 2016-ci ildə “Avropa Gənclər Paytaxtı” seçilməsində dəstəyini yüksək qiymətləndirib. Müəllif Kluj şəhərində fəaliyyət göstərən bir sıra mədəniyyət təşkilatlarının, o cümlədən Türkologiya və Mərkəzi Asiya araşdırmalar institutunun ARDNŞ tərəfindən maliyyə dəstəyini aldığını diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info