Rusiyada miqrant problemləri
Tarix: 31.03.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Ötən gün Qırğızıstan parlamentinin plenar sessiyasında “Ar-Namıs” fraksiyasından olan deputat Dastan Bekeşev qonşu ölkələrdə çalışan əməkçi miqrantların hüquqi təhlükəsizliyi məsələsini müzakirəyə çıxarıb. Millət vəkili bu məsələnin vacibliyini xüsusilə Rusiya Federasiyasında çalışanların timsalında nəzərə çatdırıb.
Həqiqətən də, kəmiyyət baxımından Rusiyada çoxluq təşkil edən Qırğızıstan vətəndaşlarının hüququnun qorunması kəskin sual altındadır. Bunun başlıca səbəbi miqrantların əksəriyyətinin öz hüquq normalarını bilməməsidir. Belə ki, ölkə kənarında çalışan miqrantların çoxu nə öz ölkələrinin, nə də çalışdıqları ölkələrin qanunvericiliyinin əsaslarını bilmirlər.
Daha başqa bir məsələ, Qırğızıstan və Rusiyanın miqrasiya xidmətləri arasında əlaqələrin kifayət qədər koordinasiya olunmamasıdır: “Məhz bunun nəticəsində Rusiyada işəgötürənlər öz eqoist məqsədləri üçün bu kartdan istifadə edirlər: miqrant işçilər tərəfindən həyata keçirilən qeyri-sabit iş üçün kiçik məbləğ ödəyirlər. Bunun da başlıca günahkarı miqrantların özləridir. Onlar öz təhlükəsizliklərinə nəzarət sisteminin yaradılmasından bixəbər olmaqla yanaşı, ucuz əmək hesabına fayda verdikləri işəgötürənlərin də vergidən yan keçməsinə şərait yaradırlar. Bütün bu problemləri həll etmək üçün bizim miqrasiya xidmətləri əməkçilərimizin çalışdıqları ölkələrin miqrasiya idarələri arasında əlaqələrin yaxşılaşdırılması üçün iş görmək lazımdır. Çox ciddi nəzarətə əsaslanan əməkdaşlıqla əhalinin inamını qazanmaq lazımdır”. Qeyd edək ki, Moskva hər il Rusiya ali məktəblərində təhsil almaq üçün Qırğızıstan tələbələrinə büdcə hesabına kvota ayırır. Bu da ölkə vətəndaşlarının Rusiya Federasiyasının hüquq sistemini öyrənmək iqtidarında olan kadrların hazırlanması üçün böyük imkan yaradır. Soydaşlarımız onların köməyindən yararlanmaqla onlara etibar edə bilərlər. Belə görünür ki, Rusiya Federasiyası (bütün subyektləri ilə) və Qırğızıstan Respublikası arasında əməkdaşlıq üçün potensial hələ açıqlanmayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info