“Ukraynada yaranmış vəziyyətdən yeganə çıxış yolu ölkənin federallaşmasıdır”
Tarix: 31.03.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada yaranmış vəziyyətdən yeganə çıxış yolu ölkənin federallaşmasıdır. “İnterfaks” xəbər verir ki, Lavrov bu sözləri amerikalı həmkarı Con Kerri ilə Parisdə keçirilən görüşdən sonra deyib.
Lavrova görə, federallaşma konstitusiya islahatları aparmağa imkan verəcək: “Bu gün Ukrayna hakimiyyətinin əsas işi ölkənin bütövlüyünün qorunmasıdır. Nəzərə almaq lazımdır ki, Ukraynanın şərq və qərb bölgəsinin sakinləri fərqli dəyərləri bölüşürlər. Ona görə də hakimiyyət kompromis qərar qəbul etməlidir. Elə etmək lazımdır ki, Ukraynanın hər bir regionu rəhbərini özü seçsin. Heç kim bu məsələdə Ukraynanın işinə qarışmamalıdır və ölkə bütün problemləri özü həll etməlidir”. Lavrov bəyan edib ki, ABŞ və Rusiya böhranın həll olunmasında Ukrayna ilə birlikdə işləyəcəklər. Eyni zamanda milli azlıqların hüquqlarının qorunması məsələsində ciddi nəzarət ediləcək: “Ona görə də mən bu məsələləri müzakirə etmək üçün Kerri ilə yenə görüşəcəyəm”. “Röyters”in məlumatına görə, Kerri də bu xəbəri təsdiqləyərək Lavrovla yenidən görüşəcəyini bildirib. Dövlət katibi bildirib ki, Kiyevin iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar qəbul edilə bilməz: “Birləşmiş Ştatlar yenə də hesab edir ki, Rusiyanın Krımdakı fəaliyyəti qeyri-leqal və qanunsuzdur. Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması da doğru deyil. Rusiya qoşunlarını geri çəkməyincə, Ukraynadakı proseslər müsbətə doğru dəyişməyəcək”. Qeyd edək ki, Paris görüşü ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra ilk yüksək səviyyəli görüş olub. Rusiya prezidentinin Krımın ölkəyə birləşdirilməsi ilə bağlı qərarından sonra ABŞ bir çox rus iş adamı və məmuruna sanksiya tətbiq edib. Həmin qərardan sonra Rusiyanın tərkibinə iki yeni subyekt daxil olub - Krım respublikası və federal əhəmiyyətli şəhər kimi Sevastopol.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info