“Şahdəniz-2” çərçivəsində Azərbaycana böyük sərmayə yatırılacaq”
Tarix: 31.03.2014 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “Open Central Asia” jurnalının mart nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun ötən ilin dekabrında Bakıda imzalanmış “Şahdəniz-2” üzrə yekun investisiya qərarının və “Cənub” qaz dəhlizinin əhəmiyyətindən bəhs edən məqaləsi dərc olunub. Səfir “Şahdəniz-2” ilə bağlı yekun qərarın “Cənub” dəhlizinin formalaşması istiqamətində mühüm addımlardan biri olduğunu vurğulayır, layihənin ümumi göstəriciləri haqqında məlumat verir.
O, tikintinin gedişi müddətində kəmərin keçəcəyi ölkələrdə 30 min yeni iş yerinin yaradılacağını, TAP və TANAP kəmərlərinin işə salınacağını qeyd edib. Layihənin həyata keçirilməsi ilə Azərbaycan təbii qazının Avropanın enerji bazarına çatdırılması imkanı yaranacağını diqqətə çatdıran müəllif qeyd edir ki, bu, qlobal enerji sektorunda reallaşdırılan ən mürəkkəb layihə xarakterini daşıyır. Bu layihə çərçivəsində Azərbaycan iqtisadiyyatına indiyədək qoyulmuş ən böyük sərmayə yatırılacaq. Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində möhkəm əlaqələrin olduğunu bildirən F.Qurbanov bu layihənin iki ölkənin əməkdaşlığında yeni səhifə açacağını diqqətə çatdırıb. Bildirib ki, başda bp olmaqla Böyük Britaniyanın bir sıra şirkətləri layihənin həyata keçirilməsində fəal iştirak etməklə mənfəət əldə edəcəklər. Layihə boyu yerləşən ölkələr ümumi iqtisadi maraqlar ətrafında birləşməklə regional rifah və sabitliyə töhfələrini verəcəklər. Müəllif Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyqin ötən ilin dekabrında “Şahdəniz-2” layihəsi ilə bağlı yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək məqsədilə Bakıya səfər etdiyini xatırladıb və bu səfərin Birləşmiş Krallığın layihəyə və ölkəmiz ilə əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib.





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info