Saxta “halal” məhsullar satışdan çıxarılacaq
Tarix: 31.03.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Bu gündən etibarən Azərbaycanda “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağandır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının məlumatına görə, standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) sifarişlə müraciət etməlidir. F.Talıblı bildirib ki, Azərbaycanda nə qədər ət məhsulları istehsal edən şirkət varsa, indiyə qədər “halal” kəlməsindən istifadə edib. Ancaq ötən müddət ərzində cəmi 9 şirkət AzSert-ə halal sertifikatı almaq üçün müraciət edib: “Müraciətlərin sayının az olması göstərir ki, bazara “halal” adı altında çıxan məhsulların sayı az olacaq. Əsas məqsədimiz istehlakçıların aldadılmasının qarşısını almaq, istehlakçı hüquqlarını qorumaqdır. İllərdir ki, formalaşan dini, mənəvi keyfiyyətlərə əsaslanan istehlak mədəniyyətindən sui-istifadə hallarının qarşısı alınmalıdır. Vahid halal standartına əsasən Azərbaycanda halal standartının tətbiqi qanunvericiliyin tələbidir və bu tələb yerinə yetirilməlidir. Şirkətlərin müraciətləri əsasında standartın tələblərinin müəssisələrdə icra vəziyyəti araşdırılır. Araşdırmalar yüksək səviyyədə aparılır, hətta bizim mütəxəssislərimiz həmin müəssisələrin məhsul istehsalı üçün xammal aldıqları Hindistana, Almaniyaya və digər ölkələrə ezam olunub və ətin kəsilməsi qaydası ilə tanış olublar. Hətta çəkilişlər də edilib və bu çəkilişlər mətbuata da təqdim olunacaq. Məsələn, insanların bir qismi Hindistanda ətin halal kəsim qaydasına riayət edilmədiyini iddia edirdi. Ancaq sertifikatlaşdırma orqanının əməkdaşları o ölkələrə getdilər, baxış keçirdilər və baxışın nəticələri də hər şeyi özündə ehtiva edir”. F.Talıblı bu gündən başlayaraq AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcəyini söyləyib. Əsassız olaraq “halal” adı altında satışa məhsullar çıxaran müəssisələrin məhsulları satışdan yığışdırılacaq: “Araşdırmalar əsasında müraciət edən 9 şirkətdən hansılar barədə müsbət qərar veriləcəksə, həmin şirkətlər halal sertifikatı alacaqlar. Sertifikat almayanlar məhsullarının üzərindən “halal” kəlməsini yığışdırmalıdırlar. Halal sertifikat alacaq müəssisələrin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlamalar sabahdan başlanacağı üçün halal sertifikatı verilməsi üçün haqlarında ilkin müsbət rəy olan müəssisələrin məhsulları satışdan çıxarılmayacaq. Ancaq elə müəssisələr var ki, həmin müəssisələrdə halal məhsul istehsalı üçün şərait yoxdur, onlara sertifikat verilməyəcəyi qəti bilinir. Bu müəssisələrin məhsulları sabahdan satışdan çıxarılacaq”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info