110 il əvvəl işıq üzü görmüş kitab yenidən nəşr edildi
Tarix: 01.04.2014 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Mirməhəmməd Kərim Bakuvinin "Kəşfül-Həqayiq" əsəri yenidən nəşr olunub.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, "Qurani-Şərif"in Azərbaycan dilində təfsiri olan bu əsər müasir üslubda, nəfis şəkildə üç cilddə çap edilib. Nəşrin baş məsləhətçisi QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, redaktorları hacı Salman Musayev, hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.
Kitabın "Təqdimat" hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən Allahşükür Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətəlayiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb. Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilib, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunur.
Qeyd edək ki, "Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq" (Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi) adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynalabidin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə "Kaspi" qəzetinin Buxariyyə mətbəəsində çap olunub. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaratmış və müəllifə böyük şöhrət qazandırmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info