İran azərbaycanlı investorları Ərdəbil əyalətində sərmayə yatırmağa çağırır
Tarix: 01.04.2014 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


İran azərbaycanlı investorları Ərdəbil əyalətində, xüsusi ilə Meşginşəhr və Səreyn bölgələrində yerləşən qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
M.Pakayin bildirib ki, Meşginşəhr bölgəsi Ərdəbil əyalətində mis və qızıl mədənlərinin yerləşdiyi önəmli yerlərdən biridir: "Meşginşəhr bölgəsi qızıl və mis ehtiyatları ilə zəngindir və bu bölgədə sərmayə yatırmaq üçün əlverişli şərait mövcuddur. İqtisadi baxımdan da bu bölgənin qızıl və mis mədənlərinə azərbaycanlı və iranlı investorların müştərək sərmayə yatırması məqsədəuyğundur".
Səfir qeyd edib ki, Meşginşəhr Savalan dağının ətəyində yerləşdiyi üçün bu bölgədə turizm sahəsinə də sərmayə yatırmaq mümkündür: "Bu bölgədə müalicə xarakterli 9 növ bulaq və eləcə də 420-dən çox tarixi abidə, gəzməli yerlər var. Turizm sahəsinə sərmayə yatırmaq, hotel və əyləncə mərkəzlərinin istifadəyə verilməsi üçün bu bölgədə əlverişli şərait var".
M.Pakayin bildirib ki, Ərdəbilin Sərein şəhəri və onun ətraf bölgələrində də turizmin inkişafı üçün əlverişli şərait mövcuddur və bura hər zaman azərbaycanlı turistlərin diqqət mərkəzində olub.
Onun sözlərinə görə, Ərdəbil əyalətinə səfər edən turistlər Səreini ən azından bir dəfə görür və bu şəhərin gözəlliklərini seyr edirlər: "Səreində hotellər, iaşə müəssisələri, müasir müalicəvi su hovuzları, akvapark və "Alvars" xizək idman kompleksi mövcuddur ki, bu da həmin bölgədə turizmin inkişafı məqsədilə sərmayə yatırmaq üçün əlverişli şərait yaradıb".
M.Pakayin deyib ki, Ərdəbil əyalətinin valiliyi xarici, xüsusi ilə azərbaycanlı investorları dəstəkləmək məqsədi ilə proqram həyata keçirir. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyi Ərdəbil əyalətinin valiliyi ilə birlikdə azərbaycanlı sərmayəçilərin Sərein və Meşginşəhrdə sərmayə yatırması üçün lazımi güzəştlərin edilməsi istiqamətində yardım göstərməyə hazırdır.
Qeyd edək ki, ötən həftə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ərdəbil əyalətinə səfər etmiş, Meşginşəhr və Sərein bölgəsində bu şəhərlərdən olan parlament nümayəndələri və icra başçıları ilə görüşlər keçirmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info