Heydər Əliyev Fondundan daha bir möhtəşəm layihə
Tarix: 01.04.2014 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun "Uşaq ürəyini xilas et" (Save a Child`s Heart) xeyriyyə təşkilatı ilə birgə həyata keçirəcəyi layihənin icrası ilə əlaqədar Vaşinqtonda "Beynəlxalq Bnay Brit" (B`nai B`rith International) təşkilatının ofisində xüsusi təqdimat mərasimi olub.
Heydər Əliyev Fondundan “Palitra”ya verilən məlumata görə, "Beynəlxalq Bnay Brit" təşkilatının vitse-prezidenti Daniel Mariaşi
tədbiri açaraq iştirakçıları salamlayaraq Heydər Əliyev Fondu ilə "Uşaq ürəyini xilas et" təşkilatı arasında əməkdaşlığı yüksək qiymətləndirib. "Uşaq ürəyini xilas et" təşkilatının icraçı direktoru Devid Lituak təmsil etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, qurumun əsas mərkəzi İsraildə yerləşir. Heydər Əliyev Fondu ilə əməkdaşlıq sayəsində Azərbaycan təşkilatın əməkdaşlıq edəcəyi sayca 49-cu ölkə olacaq. O, 1995-ci ildə təsis edilib bu təşkilata könüllülük prinsipi əsasında dəstək verən həkimlər tərəfindən 2 mindən artıq uşağın həyatının xilas olunduğunu bəyan edib. Bildirilib ki, Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş azərbaycanlı uşaqlar təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində (Wolfson Medical Center) əməliyyat oluna biləcəklər.
D.Lituak deyib ki, bu layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək və təşkilat ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazırdır.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə əvvəlcə bu il yaranmasının 10 illiyini qeyd edəcək Fondun fəaliyyəti haqqında məlumat verib. O, "Uşaq ürəyini xilas et" təşkilatı ilə əməkdaşlığın yaratdığı imkanları bir daha xatırladaraq, uşaqların sağlamlığı və rifahının sərhəd tanımadığını, milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd edib və bu layihənin uşaqların həyatının xilası kimi ülvi bir məqsədə xidmət etdiyini vurğulayıb. O, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın özünün ixtisasca bir həkim olaraq, səhiyyə sahəsindəki layihələri, o cümlədən uşaqların müalicəsinə xüsusi qayğı göstərdiyini və bu fəaliyyətləri şəxsən diqqətdə saxladığını bildirib.
C.Paşayeva-Seyidzadə "Uşaq ürəyini xilas et" təşkilatı ilə birgə
layihənin təqdimat mərasiminin Vaşinqtonda keçirilməsinə baxmayaraq, bu layihənin, eyni zamanda 3 ölkə - Azərbaycan, ABŞ və İsrail arasında mövcud körpülərin möhkəmləndirəcəyinə ümid etdiyini bildirib.
Tədbir iştirakçıları, həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti
haqqında filmə baxıb, Fondun müxtəlif mövzulara həsr olunmuş nəşrləri ilə yaxından tanış olublar.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov tədbirdə deyib ki, ölkə rəhbərliyinin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində əldə olunmuş tərəqqi sayəsində Azərbaycan humanitar yardım alan ölkədən fəal bir donor ölkəyə çevrilib. Bu gün Azərbaycan tərəfindən beynəlxalq aləmdə aparılan xeyriyyə fəaliyyətlərində Heydər Əliyev Fondunun çox mühüm pay sahibi olduğunu bildirən səfir, bu layihənin insanlar arasında əlaqələr kontekstində Azərbaycanın ABŞ və İsrail ilə dostluq və tərəfdaşlıq münasibətlərinə əhəmiyyətli bir töhfə verəcəyini qeyd edib.
İsrailin ABŞ-dakı səfirliyinin müşaviri Eli Qroner öz növbəsində Heydər Əliyev Fondu və "Uşaq ürəyini xilas et" təşkilatı arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib, bu əməkdaşlığı ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq münasibətlərinin növbəti bir nümunəsi olduğunu vurğulayıb.
"Uşaq ürəyini xilas et" təşkilatının ABŞ nümayəndəliyinin prezidenti Barri Perlis tədbir zamanı Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə gördüyü işlər barədə aldığı məlumatlardan çox mütəəssir olduğunu söyləyib, Fondun əməkdaşlıq üçün "Uşaq ürəyini xilas et" təşkilatını seçdiyinə və ona verdiyi dəstəyə görə dərin təşəkkürünü ifadə edib.
Mərasimdən bir neçə gün öncə isə Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi C.Paşayeva-Seyidzadə "Uşaq ürəyini xilas et" təşkilatının ABŞ İdarə Heyətinin rəhbəri xanım Fransis Kuk ilə görüşərək, təşkilatlar arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Vaxtilə ABŞ-ın Yaxın Şərq ölkələrində ilk qadın səfiri olmuş F.Kuk Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıqdan böyük məmnunluğunu bildirib, Fondun fəaliyyəti haqqında hələ ötən il Fransanın Kann şəhərində keçirilmiş Azərbaycan mədəniyyət günlərinin şahidi olmaqla xəbər tutduğunu açıqlayıb. O, Heydər Əliyev Fondu ilə birgə layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info