Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdəki gənc üzvləri Zaqrebdə
Tarix: 01.04.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Xorvatiya Respublikasının paytaxtı Zaqrebdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) “Avropa İttifaqına üzv ölkələrdə hüquq mühafizə sahəsində əməkdaşlıq: reallıq və mif” mövzusunda 14-cü Avropa regional konfransı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, tədbirə Böyük Britaniya, Niderland, Rusiya, Avstriya, Finlandiya, İsveç, İsveçrə, Macarıstan, Xorvatiya, Sloveniya və digər dövlətlərin prokurorluq orqanlarının əməkdaşları qatılıblar. Konfransda ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Sahib İsmayılov və Preventiv tədbirlər və təhqiqat şöbəsinin prokuroru Heydər Məmmədov təmsil ediblər.
Konfransın açılışında BPA-nın və Avstriya Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroş, Xorvatiyanın baş prokuroru Mladen Bayiç və ədliyyə naziri Orsat Milyeniç çıxış ediblər.
Tədbirdə hüquqi əməkdaşlığın inkişaf perspektivləri, prokurorlar üçün qlobal elektron şəbəkənin təkmilləşdirilməsi, hüquqi yardımlar üzrə sorğuların icrası ilə bağlı yaranan problemlər və onların həlli yolları kimi aktual mövzularda məruzələr edilmiş, qabaqcıl dövlətlərin təcrübəsi müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə dair təkliflərini irəli sürüb, eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək səmərəli təcrübə mübadiləsi aparıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info