“Suriyada dinc sakinləri güllələyən Qərbin tərbiyələndirdiyi, silahlandırdığı, yemlədiyi terrorçulardır”
Tarix: 01.04.2014 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Ramzan Kadırov: “ABŞ, NATO və Avropa İttifaqı maraqlarına uyğun olmayanda demokratiya və xalqın iradəsini tanımırlar”

Çeçenistan prezidenti Ramzan Kadırov bildirib ki, Suriyanın Kesab şəhərində dinc sakinləri güllələyənlər NATO ölkələrinin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, Qərb tərəfindən tərbiyələndirilən, silahlandırılan, yemlənən terrorçulardır. “RİA Novosti”nin məlumatına görə, Kadırov situasiyanı dəqiq bildiyi üçün bütün məsuliyyəti ilə bəyan edib ki, bu terrorçuların islamla heç bir əlaqəsi yoxdur: “Bu terrorçular Qərb tərəfindən tərbiyələndirilib, silahlandırılıb, yemlənib və NATO ölkələrinin xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Onlar Suriyanın dağıtmaq, islam ölkələrini zəiflətmək planını yerinə yetirirlər”. Kadırov “Instagram” səhifəsində qeyd edib ki, Suriyada növbəti dəfə dinc sakinlərin qanı axıdılıb: “Suriya hakimiyyətinin qeyd etdiyi kimi, Türkiyə tərəfindən gələn döyüşçülərin hücumu nəticəsində Kesab şəhərində 100-ə yaxın dinc insan öldürülüb. Rəsmi məlumatlara görə, Kesabda keçirilən döyüşlərdə “Əl Kaidə” terror təşkilatının “Əl-Nusra cəbhəsi” və “İslam cəbhəsi” adlı qruplaşmasının üzvləri iştirak ediblər”. Qeyd edək ki. Bir neçə gündür ki, Kesabda faciəli hadisələr baş verir. Suriya-Türkiyə sərhədində yerləşən Kesab şəhərində minlərlə erməni yaşayır. Silahlılar ermənilərin yaşadığı kəndləri aramsız atəşə tuturlar. Artıq Kesabdan Latakiyaya 700 erməni ailəsi köçürülüb. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, son günlər Suriyada hökumət qüvvələri ilə silahlılar arasında silahlı münaqişə çox gərginləşib. Kadırov bu fonda Qərbin davranışının gülməli olduğunu bildirib: “Bu fonda Rusiyanı Krımda keçirilən referendumun nəticələrini dəstəkləyərək yarımadada qan axıdılmasının qarşısını almağa nail olduğuna görə hər gün səslənən sanksiya bəyanatları ilə hədələmək sadəcə ələ salmaqdır. Bu, bir daha onu təsdiqləyir ki, ABŞ, NATO və Avropa İttifaqı maraqlarına uyğun olmayanda demokratiya və xalqın iradəsini tanımırlar. Biz Çeçenistanda Rusiya Qəhrəmanı Əhməd Kadırovun başçılığı altında məhz Qərbdə yetişdirilən belə terrorçulara qarşı vuruşmuşuq”. Onu da qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ və Avropa İttifaqı Moskvaya qarşı fərdi sanksiyalar tətbiq ediblər. Buraya bir sıra şəxslərə viza qadağası və hesabların dondurulması daxildir. Daha genişmiqyaslı sanksiya ilə bağlı günlərdir müzakirələr getsə, konkret qərar qəbul edilməyib. “G7” ölkələri Ukrayna ətrafında hərbi qüvvə cəmləşdirən Rusiyanı iqtisadiyyatın bir sıra vacib sahələri ilə bağlı sanksiyalarla hədələyir. Rusiya xarici siyasət idarəsi isə bəyan edib ki, Rusiya ilə hədə dilində danışmaq faydasızdır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Avropada PKK əməliyyatı keçirildi
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk
19.06.2019
3 həftəyə 128 uşaq öldü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info