Yeni yol istifadəyə verilir
Tarix: 01.04.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Metronun "Gənclik" stansiyasının yaxınlığında salınmış yeni yol bir neçə gündən sonra istifadəyə veriləcək. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, əvvəllər nəqliyyat vasitələri Vaqif prospektindən metronun "Gənclik" stansiyasının yaxınlığındakı yeraltı tunelə girərək Atatürk prospektinə, digər köməkçi yolla isə Fətəli xan Xoyski küçəsinə tərəf çıxa bilirdilər: "Lakin artıq Vaqif prospektindən yeni yol salınıb və indi yeni yol vasitəsilə avtomobillər Vaqif prospektindən köməkçi yan yol ilə həm Fətəli xan Xoyski, həm də sağa dönməklə Əhmədbəy Ağaoğlu küçəsinə, oradan isə Təbriz küçəsi istiqamətinə çıxa biləcəklər. Yeni salınmış ikizolaqlı yolun uzunluğu 800, eni 6,5 metrdir. Artıq yolu kənarındakı bardürlər də düzülüb, hazırda 1,5 m enində səki hazırlanır".
P.Mürsəliyev yeni yolun istifadəyə verilməsi vaxtına da aydınlıq gətirib: "Səki salınması işləri bitəndən sonra yolun asfalt örtüyünün çəkilməsi və xətlərin çəkilməsi işləri aparılacaq. Yol artıq bir neçə gündən sonra istifadəyə veriləcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info