Bakının “Sozvezdiye” klubu Moskvanı heyran etdi
Tarix: 01.04.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) nəzdində Gənclərin “Sozvezdiye” Yaradıcılıq Klubunun nümayəndə heyəti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəvəti ilə martın 24-dən 29-dək Moskvada səfərdə olublar. RİMM-nin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin Moskvadakı fəaliyyət proqramı çox dolğun olub. Gənc bakılılar Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) tələbələri üçün milli rəqslər üzrə ustad dərsi keçib, konsert veriblər. Azərbaycan dilini öyrənən moskvalı tələbələr öz biliklərini praktikada yoxlamaq imkanı əldə ediblər. Azərbaycan Mədəniyyət Mərkəzində bakılı gənc rəssamların əsərlərinin fotoşəkillərindən ibarət sərgi təşkil edilib. Bundan əlavə, Kərim Kərimov adına 157 nömrəli orta ümumtəhsil məktəbində konsert təşkil edilib. Məlum olduğu kimi, bu məktəbdə Azərbaycan etnik-mədəni komponentli təhsil proqramları tətbiq edilir.
Azərbaycanın Rusiyadakı səfirliyində Bakıdan gələn qonaqları səfirin müavini Qüdsi Osmanov və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev qarşılayıb. Nümayəndə heyəti üzvlərinin “Rossotrudniçestvo” federal agentliyində görüşü çox maraqlı olub.
Görüşlər və konsertlər arasında fasilələr zamanı nümayəndə heyətinin üzvləri Moskvaya ekskursiya gəzintisinə çıxmış, Qırmızı meydanda, Rusiya paytaxtının digər əlamətdar və tarixi obyektlərində olublar.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi gənclərin “Sozvezdiye” yaradıcılıq klubunun nümayəndə heyətinə göstərilmiş diqqətə görə RAGB-nin sədri Leyla Əliyevaya, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya, onun müavini Qüdsi Osmanova, Moskvadakı Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayevaya, ÜAK-ın icraçı direktoru İlqar Hacıyeva, MDLU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Bella Musayevaya, Moskvadakı 157 nömrəli məktəbin direktoru Elmira İsmayılovaya səmimi təşəkkürünü bildirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info