“Publico.es“: “Obama Səudiyyə Ərəbistanının ABŞ-a qarşı sabotajından ehtiyatlanır”
Tarix: 01.04.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Səudiyyəlilər Obamanı onda ittiham edirlər ki, o, öz müttəfiqləri ilə lazımsız əşya kimi davranır, sanki onları bir dəfə istifadə edəndən sonra tullayır”

İspaniyanın "Publico.es" media orqanı Rusiya-ABŞ münasibətləri ilə bağlı maraqlı bir yazı yazıb. Yazıda qeyd edilir: “Ukrayna böhranının alovlandığı bir vaxtda Sara Peylin və Mitt Romni Obamaya daim xəbərdarlıq edirlər ki, “Rusiya ABŞ-ın başlıca geopolitik düşmənidir”. Obama isə “gül bağı” mənasını verən ər-Riyadda endi ki, sözəbaxmaz ərəb şeyxləri ilə danışıq aparsın və bütün nöqtələri “və”nin üzərində cəmləsin. Bundan öncə İtaliyada olan Obama İtaliyanın rəhbərlərini inandırmağa çalışıb ki, özlərinin təhlükəsizliyi naminə 90 “F-35” qırıcısı alsınlar və büdcə kəsirinə görə bundan imtina etməsinlər. ABŞ-a görə, bu təyyarələr İtaliyaya Rumıniya immiqrantları ilə mübarizədə yararlıdır. Obamanın Səudiyyə Ərəbistanına səfərinin əsas məqsədi isə ABŞ-ın Yaxın Şərqdə təhlükəsizliyi ilə bağlı siyasəti və maraqları Səudiyyə Ərəbistanı tərəfindən sabotaj edilməsin. O, kral Abdulla ilə görüşdə gərginliyi yumşaltmağa çalışıb. O, müxtəlif məsələlərlə bağlı “ümumi maraqlardan” danışıb. Səudiyyəlilər Obamanı onda ittiham edirlər ki, o, öz müttəfiqləri ilə lazımsız əşya kimi davranır, sanki onları bir dəfə istifadə edəndən sonra tullayır. Məsələn, ABŞ Misirdə Mübarəkin devrilməsinə imkan verdi, Mursini dəstəklədi, həmçinin Səudiyyə Ərəbistanının Bəhreyndə şiələrin baş qaldırmasına qarşı silah tətbiqi cəhdinə qarşı çıxdı, Misir hərbçilərinə çoxmilyonluq yardımı qismən dondurdu, Suriyaya zərbə endirməklə bağlı vədini yerinə yetirmədi və Səudiyyə Ərəbistanı ilə siyasi və dini sferada düşmən olan İranla daha da yaxınlaşdı. Səudiyyəlilər, israillilər kimi, hər şeydən çox ondan qorxurlar ki, Vaşinqton və Tehran “əsrin müqaviləsi”ni imzalayacaqlar və ABŞ regiondan gedərək, İrana orada öz nüfuzunu gücləndirməyə zəmin yaradacaq. ABŞ prezidenti səfərdə həm də ona təəccüblənib ki, onunla görüşə daxili işlər naziri, Vaşinqtonun gələcək kral kimi gördüyü Mühəmməd ben Nayefi çağırmayıblar.

“Səudiyyəlilər, israillilər kimi, hər şeydən çox ondan qorxurlar ki, Vaşinqton və Tehran “əsrin müqaviləsi”ni imzalayacaqlar və ABŞ regiondan gedərək, İrana orada öz nüfuzunu gücləndirməyə zəmin yaradacaq”

Obamanın xarici siyasətinin əsasını nüvə silahının genişlənməsinin qarşısını almaq təşkil edir. O, həm də İsrailin Yaxın Şərqdə yeganə nüvə dövləti olmamasına çalışır. İranla bölgədə konflikt isə Rusiya ilə Vaşinqton üçün heç bir strateji önəm kəsb etməyən Ukraynaya görə münaqişədən daha ağır izlər buraxa bilər. ABŞ-ı həm də o narahat edir ki, Səudiyyə Ərəbistanı İranla heç bir anlaşma olmadan Bəşər Əsədi devirməyə cəhd edəcək, İraqdakı şiə hökumətini destabilləşdirmək üçün oraya minlərlə muzdlu-fundamentalist göndərəcək”.
Yazıda daha sonra qeyd edilir ki, Səudiyyə Ərəbistanı dostu Pakistanla və ABŞ-la birlikdə əfqan mücahidlərini maliyyələşdirmişdilər. 1979-cu ildə 30 minlik pakistanlı hərbçi Səudiyyə Ərəbistanına- İran inqilabı zamanı gəlmişdi. Bir o qədər də pakistanlı hərbçi ABŞ-ın 1991-ci ildə İraqa qarşı hərbi əməliyyatında iştirak etmişdi: “İndi isə ər-Riyada daha minlərlə döyüşçü lazımdır ki, öz hərbi gücünü tamamlasın. Vaşinqton şübhələnir ki, Səudiyyə Ərəbistanı Pakistan hərbi sənayesini İslamabada iqtisadi yardım göstərmək adı ilə dəstəkləyir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info