Britaniya universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar
Tarix: 01.04.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Aberdin Universitetinin beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə əməkdaşı Devid Stoll və Robert Qordon Universitetinin korporativ inkişaf üzrə əməkdaşı Reni Raper Bakı Ali Neft Məktəbində olublar.
Qonaqlara Bakı Ali Neft Məktəbinin fəaliyyət strategiyası haqqında ətraflı məlumat verən ali məktəbin rektoru E.Qasımov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil islahatlarının başlıca məqsədi ondan ibarətdir ki, müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin təhsil sistemi ən yüksək səviyyədə inkişaf etdirilsin və beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrlar məhz öz ölkəmizdə yetişdirilsin. E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranması və qısa zaman ərzində yüksək nailiyyətlər əldə etməsi bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən E.Qasımov bildirib ki, bu ali təhsil ocağının hazırladığı yüksəkixtisaslı kadrlar artıq transmilli şirkətə çevrilib ARDNŞ-də, eyni zamanda, BP, Total, Statoil və s. bu kimi şirkətlərdə fəaliyyət göstərəcəklər.
Görüş çərçivəsində rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Böyük Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin mühəndislik ixtisasları üzrə dünyanın ən güclü ali təhsil müəssisələrindən olduğunu vurğulayan rektor qeyd edib ki, müxtəlif təhsil və tədris proqramlar çərçivəsində bu universitetlərlə əməkdaşlıq etmək məqsədəuyğundur.
Daha sonra Bakı Ali Neft Məktəbi ilə Aberdin və Robert Qordon universitetləri arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info