“Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik”
Tarix: 01.04.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüş keçirilib.
Görüşdə Azərbaycana ABŞ-a birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradan “1-ci dərəcə” statusunun verilməsindən sonra qarşıda duran son prosedurlar müzakirə olunub. QSC-nin prezidenti Cahangir Əsgərov ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusunun verilməsini yüksək qiymətləndirib. C.Əsgərov qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə milli aviasiya şirkətlərimizin maddi-texniki bazasının güclənməsi və alınan müasir hava gəmiləri hesabına təyyarə parklarının yenilənməsi, ümumiyyətlə bu sahədə görülən işlər Azərbaycan-ABŞ əlaqələrinin inkişafına təkan verəcək birbaşa reyslərin açılması zərurətini yaradıb. FAA-nın ölkəmizə “1-ci dərəcə” statusunu verməsi məhz ötən dövrdə Azərbaycanda aviasiya sahəsində görülən işlərin məntiqi nəticəsidir.
QSC-nin prezidenti bildirmişdir ki, Birləşmiş Ştatlara həyata keçiriləcək uçuşlar Prezident İlham Əliyev tərəfindən milli aviasiyamıza göstərilən diqqətin təsdiqidir və ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə şərait yaradacaq. Hazırda qarşıda müəyyən prosedurlar var. Bu prosedurlar da yekunlaşdıqdan sonra Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara başlayacaq. Bugünkü görüş də bu məsələlərin müzakirəsi baxımından önəm daşıyır. ABŞ diplomatı R.Morninqstar Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verən “1-ci dərəcə” statusunun əldə edilməsi münasibətilə təbriklərini çatdıraraq deyib ki, bütün bunlar ölkələrimiz arasında aviasiya sahəsində uğurlu əməkdaşlığın əyani sübutudur. Bu uğurun əldə olunmasında “Azərbaycan Hava Yolları”nın və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının böyük əməyi var. R.Morninqstar qeyd edib ki, “1-ci dərəcə” statusunun əldə edilməsi uzun prosesdir. Biz artıq bu yolun böyük hissəsini səbir və inamla keçdik. Ümidvaram ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması ilin sonunadək mümkün olacaq. Bundan əlavə, müasir təyyarələrə malik “AZAL”-ın xidmət səviyyəsinin də yüksək olduğunu bildirməliyəm. Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik.
Vurğulanıb ki, ötən ilin əvvəlində hazırlıq səviyyəsinin tələblərə tam uyğunluğuna əmin olduqdan sonra FAA-nın müfəttişləri Azərbaycana dəvət edilmişlər. 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilən iki auditin nəticəsində, müfəttişlər Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy veriblər. Bu il martın 7-də isə ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin “1-ci dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqləyib. Beləliklə də, Azərbaycanın aviaşirkətləri ABŞ aeroportlarına müntəzəm hava əlaqəsi yaratmaq hüququ əldə ediblər.
Görüşdə qarşıda duran son prosedurlar barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info